16:48 şənbə, 16 Dekabr 2017
SİYASƏT

ABŞ-dan Bakı və İrəvana yeni Qarabağ mesajları

22:19, 19.09.2017327
ABŞ-dan Bakı və İrəvana yeni Qarabağ mesajları
"Qarabağ münaqişəsinin həlli beynəlxalq hüquqlara əsaslanmalıdır".
 
AZXEBER.COM xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer deyib.
 
Diplomat əmindir ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü prezidentlərin görüşünün əsasını qoyacaq.
 
"Minsk qrupunun ABŞ tərəfindən yeni təyin olunan həmsədri kimi, mən ATƏT-in Minsk qrupunun fəaliyyətində Birləşmiş Ştatları təmsil etməyə davam edəcəyəm. Mənim həmkarlarım olan həmsədrlər Popov (Rusiya), Viskonti (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kaspişiklə işlərimizi gözləyirəm.
 
Bu həftə Nyu-Yorkda digər həmsədrlərin Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşünü xüsusi ilə gözləyirəm. İnanırıq ki, bu görüşlər ən yüksək səviyyədə dürüst danışıqların dərhal bərpa edilməsi üçün əsas olacaq” – deyə Şofer müsahibəsində bildirib.
 
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri işgüzar səfərlə ABŞ-a yola düşüb. Onlar Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci iclasında iştirak edəcəklər. Azərbacan və Ermənistan xarici işlər nazirləri də hazırda Amerikadadır.
 
Amerikalı həmsədrin sözlərinə görə, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizama salınması və ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəflərlə fəal işini davam etdirəcək.
 
"Bizim uzunmüddətli siyasətimiz Minsk qrupu həmsədrləri tərəfindən qəbul edilən, ədalətli həll yolu Helsinki Yekun Aktına, güc və ya güc təhdidinin tətbiq edilməməsinə, ərazi bütövlüyü və bərabər hüquq prinsiplərini ehtiva edən beynəlxalq hüquqa əsaslanmalıdır. Ancaq, əlbəttə ki, sülh üçün məsuliyyəti Ermənistan və Azərbaycan prezidentləri daşıyır" - Amerikalı həmsədr Aysor.am-a bildirib.
 
azvision.az
0
XƏBƏR LENTİ