00:37 Cümə Axşamı, 21 Iyun 2018
SİYASƏT

ABŞ UNESCO-dan ayrılır

18:20, 12.10.2017443
ABŞ UNESCO-dan ayrılır
ABŞ xarici işlər nazirliyi yeni açıqlama verib.
 
AZXEBER.COM  xəbər verir ki, açıqlamaya əsasən rəsmi Vaşinqton 31 dekabr tarixindən BMT-nin bazasında yaradılan UNESCO-dan ayrılmaq qərarına gəlib.
 
UNESCO-nun rəhbərliyi isə ABŞ-ın qurumdan ayrılmaq üçün müraciət etdiyini bildirib. Qurum ABŞ-ın bu qərarını "BMT ailəsi" üçün bir itki adlandırıb. ABŞ xarici işlər nazirliyindən verilən açıqlamada deyilir: "Bu qərar çox çətinliklə qəbul edilib. Amma bu qərar ABŞ-ın UNESCO-dakı narahatçılığını və təşkilatın ciddi islahatlara ehtiyac duyduğunu göstərir.
 
UNESCO İsrailə qarşı mövqeyini davam etdirir". UNESCO 2011-ci ildə Fələstini üzv olaraq qəbul etmişdi. Qurumun bu qərarından sonra ABŞ maddi dəstəyini dayandırmaq qərarına gəlmişdi.
XƏBƏR LENTİ