02:31 Bazar Günü, 16 Iyun 2019
DÜNYA

ABŞ Venesuelanın bir sıra banklarına sanksiya tətbiq etdi

14:30, 23.03.20195683
ABŞ Venesuelanın bir sıra banklarına sanksiya tətbiq etdi

ABŞ Venesuelanın bir sıra banklarına sanksiya tətbiq edib. 

Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Venesuela Sosial İqtisadi İnkişaf Bankı (Banco de Desarrolo Economico y Social de Venezuela - BANDES), onun Uruqvay və Boliviyadakı törəmə qurumları, habelə "Banco Bcientario de Pueblo”, "Banco de Venezuela”, "Banco Proderm” bankları "qara siyahı"ya salınıb. Sanksiyalar ABŞ ərazisində həmin təşkilatlara məxsus aktivlərin dondurulmasını nəzərdə tutur.

"Maduro və silahdaşları iqtidarda qalmaq üçün ümidsiz cəhdlər göstərirkən bankın əsl məqsədlərini təhrif edirlər”, - deyə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin vurğulayıb. 

XƏBƏR LENTİ