Abşeronda baş vermiş dəhşətli qətllə bağlı rəsmi məlumat

26 Avqust 2017, 18:15
AAA
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Abşeronda törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb.
 
Baş Prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan birgə məlumatda qeyd olunur ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunda avqustun 21-də törədilmiş iki ağır cinayətin üstü "isti izlər”lə açılıb.
 
Belə ki, avqustun 21-də səhər radələrində Abşeron rayonunun Saray qəsəbə sakini Anar Tanrıverdiyev  Daxili İşlər Nazirliyinin "102-Zəng Xidməti” Mərkəzinə zəng edərək qonşuları - 75 yaşlı  Məmməd Sərxanovun qətlə yetirilməsi, arvadı Zeynəbin isə aldığı xəsarətlərlə bağlı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirməsi barədə məlumat verib.
 
Məlumatla əlaqədar Abşeron rayon prokurorluğu və Polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Baxış zamanı qonşuluqdakı yarımçıq tikilinin zirzəmisinə atılmış ağır cinayətin aləti olduğu şübhə edilən, üzərində qan ləkələrinə bulaşmış tük hissəcikləri olan qalın taxta parçası maddi sübut kimi götürülüb, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
İlkin araşdırmalarla ağır cinayətin səhər radələrində törədilməsi müəyyən edilib. Belə ki, avqustun 21-də səhər radələrində evə açıq pəncərədən daxil olan naməlum şəxs əvvəlcə əlindəki taxta parçası ilə divanda yatmış Məmməd Sərxanovun baş nahiyəsinə bir neçə dəfə zərbə endirdikdən sonra səs-küyə çıxan Zeynəb Sərxanovadan evdəki pul və qızıl-zinət əşyalarının yerini soruşub. Naməlum şəxs evin sahibəsindən müsbət cavab almadığından onun da baş nahiyəsinə ağac parçası ilə zərbələr endirib və hadisə yerini tərk edib.
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb.
 
Avqustun 21-də qətlin açılması istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin keçirildiyi bir vaxtda rayon polisinə Xırdalan şəhərində digər ağır cinayət barədə məlumat daxil olub. Mənzillərdən birinə özünü usta kimi təqdim etməklə daxil olmuş naməlum şəxs orada yaşayan Sevda Hüseynovanı bıçaqla hədələyərək pul və qızıl-zinət əşyalar tələb edib. Lakin, qadının səs-küy salaraq qonşularını köməyə çağırması həmin şəxsin planlaşdırdığı cinayəti başa çatdırmasına imkan verməyib.
 
Qeyd edilən quldurluq cinayətini törətməkdə şübhəli bilinən naməlum şəxsin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində avqustun 23-də əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş Saray qəsəbə sakini Məqsud Əliyev saxlanılıb.
 
Zərərçəkmiş S.Hüseynova quldurluq məqsədilə evinə soxulmuş şəxsin M.Əliyev olduğunu təsdiqləyib.Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin gedişində hər iki hadisənin motivinin eyni olması və digər oxşar cəhətlərin mövcudluğu hər iki cinayətin M.Əliyev tərəfindən törədilməsi ehtimalını artırıb.
 
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin,  rayon prokurorluğu və polis əməkdaşlarının birgə həyata keçirdikləri əlavə tədbirlərlə yuxarıda qeyd edilən qətlin də M.Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
 
M.Əliyev istintaqa ifadəsində hər iki ağır cinayəti tamah məqsədilə törətdiyini etiraf edib. Cinayət işləri bir icraatda birləşdirilib, M.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 181.2.3 (yaşayış sahəsinə qanunsuz olaraq girməklə quldurluq), 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Oxunma sayı : 2673

SON XƏBƏRLƏR
Bakı aeroportunda gömrük işçilərinin vəhşiliyi: Sərnişinlərə və uşaqlara zülm verdilər - 21 Noyabr 2017, 01:27
Könülün qızının xınası oldu -Foto- Video - 20 Noyabr 2017, 23:50
“Çelsi” futbolçuları Bakıya yola düşüblər – FOTO - 20 Noyabr 2017, 22:57
Elmira Axundovanın oğlu ittihamlara cavab verdi - 20 Noyabr 2017, 22:16
Dönər aparatının üzərində ət yerinə siçanlar — Bakıda ŞOK VİDEO - 20 Noyabr 2017, 22:09
Abbas Bağırovun toyundan - Fotolar - 20 Noyabr 2017, 21:45
Rejissor və aktrisa haqqında ölüm fərmanı - Öldürənə mükafat veriləcək - 20 Noyabr 2017, 21:12
Sabah Bakının bir hissəsində təbii qaz olmayacaq – XƏBƏRDARLIQ - 20 Noyabr 2017, 20:50
UEFA Azərbaycanın 6 komandasına maliyyə yardımı edib - 20 Noyabr 2017, 20:29
Rusiyada dublaj qadağan edilir - 20 Noyabr 2017, 20:09
Türkiyədə NATO-dan çıxmaq məsələsi müzakirə olunur - 20 Noyabr 2017, 18:20
Tanınmış vəkilin fəaliyyəti dayandırılıb - 20 Noyabr 2017, 18:00
Masallı sakinlərinin 20 illik yol problemi – VİDEO - 20 Noyabr 2017, 17:29
Yol polisi sürücünü döyülməklə təhdid etdi - VİDEO - 20 Noyabr 2017, 17:20
Əli Həsənovun nəvəsinin məhkəməsi başlayır - 20 Noyabr 2017, 17:18
Abbas Bağırovun toyudur - 20 Noyabr 2017, 17:13
“Oğlum toy gecəsi ağlayaraq evə gəlib...” - Qatilin anası - 20 Noyabr 2017, 17:04
Azərbaycanda əsgərin ölümündə təqsirləndirilən gizir azadlığa buraxıldı - 20 Noyabr 2017, 16:43
Ağdamda 15 yaşlı Qığılcımın intiharı: “Sınaq imtahanında az bal yığıbmış...” - 20 Noyabr 2017, 16:33
Astarada dağ uçdu, qaya parçaları yolu bağladı - 20 Noyabr 2017, 16:28
"Mən bunun müalicəsi üçün haralara kimi getməmişəm" - 20 Noyabr 2017, 16:15
Azərbaycanlı müğənni türkiyəli ərindən boşandı? - 20 Noyabr 2017, 16:09
Nazirliqdən xəbərdarlıq: Azərbaycanda toz dumanı olacaq - 20 Noyabr 2017, 15:57
Bakıda 6 aylıq körpə ölü tapıldı - 20 Noyabr 2017, 15:54
"Azərbaycan Qərbin etibarlı tərəfdaşı hesab olunur" - Əli Həsənov - 20 Noyabr 2017, 15:40
Doğuşdan sonra komaya düşən qadının vəziyyəti ağırdır - RƏSMİ - 20 Noyabr 2017, 15:16
“Rasim Balayev 1300 manat təqaüd alır...” - İttifaqdan açıqlama - 20 Noyabr 2017, 15:11
Müğənnilərin toy qiymətləri - Abbas 16 min, Elton 15 min - 20 Noyabr 2017, 14:56
"Qarabağ" - "Çelsi" matçı kimə həvalə olundu? - 20 Noyabr 2017, 14:50
Barama Lissabon veb-sammitində - 20 Noyabr 2017, 14:46
Akif Çovdarov apellyasiya şikayəti verib - 20 Noyabr 2017, 14:27
Azərbaycanlı hərbçi qız partlayış zamanı həlak oldu - FOTOLAR - 20 Noyabr 2017, 14:12
İdmançı qızı öldürən sürücüyə hökm oxundu - 20 Noyabr 2017, 14:09
"Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır" - Nazir - 20 Noyabr 2017, 13:59
Yeni yaradılan dövlət qurumunda maaşlar nə qədər olacaq? - 20 Noyabr 2017, 13:51
"Ərəb Baharı"ndan sonra indi də "Afrika Baharı" - Qara qitədəki diktatorlar devrilir - 20 Noyabr 2017, 13:44
“Adım Nurlandır, dostlarım “Pərvanə” deyir” - Transların cinayəti - 20 Noyabr 2017, 13:28
Temperatur 5-7 dərəcə düşəcək, qar yağacaq - Xəbərdarlıq - 20 Noyabr 2017, 13:23
"Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı - 20 Noyabr 2017, 13:09
Bakıda zavodda partlayış: ölən və yaralanan var - 20 Noyabr 2017, 13:06
“Heç nə kömək etmir…” - Fuad Poladov ağır durumda - 20 Noyabr 2017, 12:51
Qazaxda faciəvi şəkildə həlak olan 5 bacının tək qardaşı - FOTO - 20 Noyabr 2017, 12:48
Deputat oğlunun şəriki həbs olundu - 20 Noyabr 2017, 12:31
Lotu Quliyə qarşı sui-qəsdin TƏFƏRRÜATI - 20 Noyabr 2017, 12:12
"Erməni təxribatının qurbanı olmuş övladlarımızın qanı yerdə qalmayacaq" - İlham Əliyev - 20 Noyabr 2017, 11:56
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10