23:50 Cümə, 19 Oktyabr 2018
KRİMİNAL

Abşeronda kişi arvadını, nəvə nənəsini öldürdü

20:33, 09.01.20181177
Abşeronda kişi arvadını, nəvə nənəsini öldürdü
Abşeronda iki qətl törədilib.
 
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisələrdən biri Xırdalan şəhərində, digəri isə Saray qəsəbəsində qeydə alınıb.
 
Xırdalan şəhərində yaşayan, 1986-cı il təvəllüdlü Elgün Rasim oğlu Ağahəsənov qısqanclıq zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Axirə İsməmməd qızı Nadirovanı bıçaqlayaraq öldürüb. Hadisəni törədən E. Ağahəsənov saxlanılıb.
 
Bundan başqa, Saray qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Nihat Nicat oğlu Muradov nənəsi, 1951-ci il təvəllüdlü Hocaxanım Məhəmməd qızı Seyidzadəni bıçaqlayaraq öldürüb. N. Muradov tutulub.
 
Hər iki faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
XƏBƏR LENTİ