19:17 çərşənbə, 20 Iyun 2018
KRİMİNAL

Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var

21:40, 22.08.2017449
Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var
Ağcabədidə avtomobil daş hasara çırpılıb.
 
AZXEBER.COM-un xəbərinə görə, hadisə rayonun Boyat kəndində baş verib. Mətləb Hüsüyevin idarə etdiyi "VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq daş hasara çırpılıb.
 
Nəticədə sürücü və avtomobildə olan sərnişin, sürücünün əmisi oğlu, 26 yaşlı Mehrac Hüsüyev xəsarət alıb.
 
Xəsarət alan şəxslər Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar, sonradan Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına göndəriliblər.
 
Məlumata görə, sürücü avtomobili idarə edərkən içkili olub. Faktla bağlı araşdırma aparılır.

 
apa.az
XƏBƏR LENTİ