19:43 şənbə, 20 Iyul 2019
İQTİSADİYYAT

"AccessBank-ın depozit portfeli tarixi maksimuma yüksəlib" - Sədr

13:48, 11.07.20194120
Bu ilin iyun ayının sonuna AccessBank-ın depozit portfeli 628 mln. manata çataraq tarixi maksimuma yüksəlib.

AZXEBER.COM xəbər verir ki, bunu AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov "AHK Impuls" iştirakçıları qarşısında çıxış edərkən deyib. Tədbir Almaniya-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil olunub.

Sədrin sözlərinə görə, son zamanlar bankın depozit portfeli stabil və dinamik artım nümayiş etdirir: "Bu il depozit portfelimiz 120 mln. manat, ötən il isə 72 mln. manat artıb. 2019-cu il ərzində bankın depozit portfeli 24% artım nümayiş etdirib".

Bank rəhbəri onu da bildirib ki, yeni depozitlərin az qala hamısı manatda yerləşdirilib, bu da müştərilərimizin milli valyutaya olan inamının göstəricisidir: "Ümumilikdə, portfelimizdə manatda yerləşdirilən depozitlərin payı 61% təşkil edir".

Anar Həsənovun sözlərinə görə, əmanətlərin dövlət tərəfindən sığortalanmasının müddətinin uzadılması ilə bağlı qərar müştərilər tərəfindən depozitlərə marağı artıracaq.
XƏBƏR LENTİ