02:35 çərşənbə Axşamı, 21 May 2019
DÜNYA

Acından ölənlərə yeni klip - VİDEO

13:58, 12.03.20121800
Acından ölənlərə yeni klip - VİDEO
Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf Afrikada aclıqdan ölən insanlara həsr olunmuş klip çəkdirib. Klipdə hamının bir olduğu, gücün birlikdə olması təbliğ olunur. Sami Yusufun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Forgotten Promises” (Unudulan Vədlər) mahnısı ingilis və svahili dillərindən yaradılmış parçadır. Mahnını almaq istəyənlər onu internet saytından yükləyə, habelə LiveFeedAfrica.org ünvanında dinləyə bilərlər.Bu mahının klipi dünyanın 16 müxtəlif şəhərində çəkilib.
Qeyd edək ki, Sami Yusuf yeni mahnısından əldə olunan bütün gəlirlərini Şimali Afrikadakı qıtlığın aradan qaldırılması üçün edilən humanitar kömək işlərinə dəstək olmaq üçün Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramına bağışlayıb.(anspress)
XƏBƏR LENTİ