11:34 Cümə, 17 Avqust 2018
SOSİAL

Ad, ata adı və soyadın dəyişdirilməsi qaydalarında dəyişiklik - Baş nazir qərar imzaladı

10:10, 09.08.20186595
Ad, ata adı və soyadın dəyişdirilməsi qaydalarında dəyişiklik - Baş nazir qərar imzaladı
Azərbaycan Nazirlər Kabineti "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda dəyişiklik edib.

AZXEBER.COM-un xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, qaydaların 6-cı (Adın, ata adının və soyadın dəyişdirilməsi) maddəsinə "Qeyd” əlavə olunub. Əlavədə vurğulanıb ki, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.

XƏBƏR LENTİ