13:26 Cümə Axşamı, 21 Mart 2019
DÜNYA

Ad gününə yığışan 5 rəfiqə faciəvi şəkildə öldü - Hamısının 15 yaşı olub

10:25, 07.01.20193056
Ad gününə yığışan 5 rəfiqə faciəvi şəkildə öldü - Hamısının 15 yaşı olub
Otaqdan qaçış oyunlarının keçirildiyi məkanda baş verən güclü yanğın nəticəsində 5 nəfər ölüb.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, Polşanın Koşalin şəhərindəki oyun kvestində yanğın olub. Nəticədə 5 yeniyetmə qız dünyasını dəyişib.

Otağın təxliyə sisteminin düzgün qurulmadığına görə qızlar vaxtında xilas ola bilməyiblər.

Ölənlərin 5-nin də 15 yaşı olub və onlardan biri doğum gününü qeyd edib. Yanğında həlak olanlardan 4-nün adı açıqlanıb və şəkilləri mətbuatda yayılıb.

Adları Karolina Barabas, Wiktoria Julia Pietras, Gosia Tymieniecka və Amelia Wieczorek olan qızlar eyni sinifdə oxuyublar.

Yanğınsöndürənlərin dediyinə görə, qızların olduğu bağlı otağı açmaq üçün xüsusi texnika və mütəxəssis lazım olub.

Yanğın qazsızma nəticəsində baş verib. Yaxınlıqdakı qazanxanadan sızan qaz qısaqapanmaya görə yanğın yaradıb.

PAP agentliyindən verilən məlumata görə, qaçış oyunlarının keçirildiyi mərkəzdə bu vaxta qədər təhlükəsizlik baxışı keçirilməyib.

Araşdırmalar nəticəsində qızların Karbon monoksid asfiksiasiyasından (oksigensiz qalıb, boğulma) öldüyü təsdiqlənib.

Yanğın zamanı 25 yaşlı kişi də xəsarət alıb. O, hazırda xəstəxanada müalicə olunur.

Qeyd edək ki, hazırda Azərbaycanda da bu tipli oyunların keçirildiyi "qorxu, macəra evləri" var.

Ölən qızların fotolarını təqdim edirik:
 

 

 

 

 

 


XƏBƏR LENTİ