Adı ucuz, özü baha: “Buta Airways” sərnişinləri necə aldadır?

07 Sentyabr 2017, 13:20
AAA

"Buta Airways” aviaşirkəti təklif etdiyi tarif paketi ilə AZAL kimi monopolist qurumun "atasına rəhmət oxudur”.

AZXEBER.COM Yenicag.az-a istinadən xəbər verir ki, "Buta Airways” aviaşirkətinin "Ekonom klass” kateqoriyası üzrə tarifləri və uçuş şərtləri potensial sərnişinlərə qarşı həqiqi soyğunçuluqdur.

Ölkədə aşağı büdcəli ilk aviaşirkət hesab olunan "Buta Airways”in fəaliyyətə başlaması xəbəri hava nəqliyyatından müntəzəm istifadə edən vətəndaşlarda xoş ovqat yaratsa da, onların bu sevinci uzun sürməyib.

"Buta Airways”in tarif zərflərinin açıqlanması "aşağı büdcəli” hesab olunan bu aviaşirkətin, əslində, sərnişinlər üçün əməlli-başlı "hörümçək toru” qurduğunu göstərib.

Başlayaq sərnişinlər üçün biletin qiymətindən sonra ən vacib məqam sayılan baqaj və əl yükü üçün müəyyən edilmiş tariflərdən. Təsəvvür edin ki, debütant "Buta Airways” bu məsələdə hətta ölkənin inhisarçı aviaşirkəti olan AZAL-ın da qibtə edəcəyi tarif siyasətinə əl atıb.

Konkret desək, AZAL öz sərnişinlərinə 8-10 kiloqram əl yükünü pulsuz aparmasına imkan verdiyi halda, "Buta Airways”-də onların belə bir şansı yoxdur. Bu aviaşirkətin təyyarələrində uçmalı olan sərnişinlər çəkisindən asılı olmayaraq, əl yükünün göyərtədə aparılması üçün 25 avro ödəməlidirlər.
Bundan başqa, ölçüləri 158 santimetrdən çox olan yüklərin baqaja verilməsi sərnişinlərə 50 dollara başa gəlir. Səfərə ev heyvanı ilə yollanmaq istəyən sərnişinlər isə "kiçik dostları”nı yanlarında saxlamaq üçün əlavə 25 avrolarından keçməlidirlər. Heyvanların baqaja verilməsinin qiyməti isə onların çəkisindən asılı olaraq, 50 -100 avrodur.

"Buta Airways”in təyyarələrində uçuş üçün biletin göyərtədəki yerlərə görə qiymət siyasəti doğrudan da analoqsuzdur. Bu aviaşirkətin qeyd olunan siyasətini yenə də AZAL-la müqayisə etməli olsaq, "Buta Airways”in dövlət monopolistində daha irəli getdiyini görərik.

Məsələn, "Buta Airways”in təyyarəsində daha geniş sahəli yer arzulayan sərnişin bu istəyini gerçəkləşdirmək üçün əlavə olaraq, 25 avro ödəməlidir. Salonun ön sıralarında əyləşib, uçmaq istəyən sərnişinlər isə daha 15 avro xərcə düşməlidirlər. Uçuş üçün qeydiyyatın qiyməti nisbətən "ciddi”dir: 3 avro.

İndi də gələk sərnişinlərə təklif olunan yemək menyüsünə. Qeyd edək ki, "Buta Airways”in sərnişinlərə pulsuz təklif etdiyi "yemək” yalnız sendviç və sudan ibarətdir. Yəni "Buta Airways”in təyyarələrində yaxın və ya uzaq məsafəyə uçan sərnişinlər hesab ödəmədən yalnız sendviçlə qidalanmaq məcburiyyətindədirlər.

Təbii ki, sendviçlə aclığı ram edə bilməyən sərnişinlərin isti yemək sifarişi onlara nə az, nə çox – 7,9 avroya başa gələcək. Eyni zamanda, uşaqlara təklif edilən qida üçün də 7,9 avro tələb olunur.

"Buta Airways” 2 yaşa qədər olan körpələr üçün nəzərdə tutulan qidanın qiymətində "ciddi” güzəştə gedib: 4,2 avro. Halal kateqoriyalı ərzaqlardan hazırlanmış yemək sifariş etmək istəyən sərnişinlər də "unudulmayıb” – bu xidmət üçün onlardan 20,1 avro tələb olunur.

Göründüyü kimi, "Buta Airways”in "aşağı büdcəli” tarif siyasəti sərnişinlərin qənaətli uçuş niyyətlərinin reallaşmasına imkan vermir. Aviaşirkət biletin qiymətində etdiyi "endirim”dən itirdiyi pulları digər xidmətlər hesabına sərnişinlərdən artıqlaması ilə çıxarır.
Belə olan halda, "aşağı büdcəli tarif” kampaniyası ilə sərnişinləri aldatmağın adı nədir?
Ölkənin xidmət sferasındakı vəziyyəti nəzərə aldıqda, sual çox ritorik səslənir…


Oxunma sayı : 8333

SON XƏBƏRLƏR
Aqil Ələsgər Beynəlxalq Təhlükəsizlik Simpoziumunda çıxış etdi - 25 Noyabr 2017, 14:44
Azərbaycan əsgərinin meyitinin qaytarılması tələb olunur - 25 Noyabr 2017, 14:29
Azərbaycan kişilərini təhqir edən Pərvinə cavab: " 500 -1000 manatlıq qadına..." - 25 Noyabr 2017, 13:50
Bu xəbərləri yaymaq qadağan edilib - Cərimələnə bilərsiniz - 25 Noyabr 2017, 13:27
Marşrut sahiblərinə XƏBƏRDARLIQ - 25 Noyabr 2017, 13:20
"Aparıcı bakirə olmamalıdır" söhbətinə xanım aparıcılardan maraqlı - Cavablar - 25 Noyabr 2017, 13:16
“Azərbaycan iqtisadiyyatını dəyişdiririk” - İlham Əliyev - 25 Noyabr 2017, 13:14
Bazar günü hava yağmursuz olacaq - 25 Noyabr 2017, 12:44
Bakı metrosunda sərnişinlərə qənim kəsilən qadın tutuldu - 25 Noyabr 2017, 12:32
Ərdoğan aktrisanı tənqid etdi - 25 Noyabr 2017, 11:37
“Çelsi”nin Bakıdan Londona təhlükəli uçuşu - 25 Noyabr 2017, 11:15
Natiq Qədimovun həyat yoldaşı : “Əlvida” demirəm Natiq, görüşəcəyik...” - 25 Noyabr 2017, 00:00
“Şirin”in toyundan – FOTOLAR - 24 Noyabr 2017, 23:54
İlham Əliyevin Brüsselə səfəri başa çatıb – FOTO - 24 Noyabr 2017, 22:46
Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünü dəstəklənib - 24 Noyabr 2017, 21:29
Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib - 24 Noyabr 2017, 20:50
Azərbaycanlı aktyor Türkiyədə əməliyyat olunacaq - 24 Noyabr 2017, 18:15
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib - 24 Noyabr 2017, 18:14
“Beşiktaş”ın izi ilə gedəcəyik” – Qurban Qurbanov - 24 Noyabr 2017, 18:10
AFFA Cocuq Mərcanlıda mini-turnir keçirəcək - 24 Noyabr 2017, 18:09
Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə - 24 Noyabr 2017, 17:49
Lider TV-də müzakirə: "Efirə çıxan aparıcı bakirə olmamalıdır" - VİDEO - 24 Noyabr 2017, 17:43
Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı - 24 Noyabr 2017, 17:31
Məşhur futbolçu 9 il azadlıqdan məhrum edildi: Qızı zorladığına görə - 24 Noyabr 2017, 17:31
"Muğanbank"da "Forex" qalmaqalı: 300 minlik dələduzluq - 24 Noyabr 2017, 17:30
"Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir" - Nazirlik - 24 Noyabr 2017, 17:18
Pərvin Abıyeva: "Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər" - 24 Noyabr 2017, 17:00
Dino Ndlovu "Qarabağ"dan gedir? - 24 Noyabr 2017, 16:53
Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşüb - 24 Noyabr 2017, 16:37
Prezident bu qanunlara dəyişiklik təklif etdi - 24 Noyabr 2017, 16:32
Bakıda avtomobil ana, ata və 2 uşağını vurub qaçdı - FOTO - 24 Noyabr 2017, 16:25
Prodüser Tolikə vəzifə verildi - 24 Noyabr 2017, 16:15
Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan! - 24 Noyabr 2017, 15:53
Prokuror generalın oğluna 6 il həbs cəzası istədi - 24 Noyabr 2017, 15:47
Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var - 24 Noyabr 2017, 15:26
Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir - 24 Noyabr 2017, 15:10
“İnsanların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçiriləcək - 24 Noyabr 2017, 15:04
AZXEBER.COM-u sosial şəbəkələrdə izləyənlərin sayı milyona yaxınlaşır - 24 Noyabr 2017, 14:52
Qənirə Paşayeva Sudan heyəti ilə görüşdü - 24 Noyabr 2017, 14:47
"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat - 24 Noyabr 2017, 14:37
İŞİD-in köləsinə çevrilmiş Dilbər: "Atam bizi gətirdi... Özü edam olundu" - 24 Noyabr 2017, 14:27
"Bu uşaqdan nə istəyirsiniz?!" - 24 Noyabr 2017, 14:20
Rusiyada azərbaycanlı sahibkar özünü yandırdı - 24 Noyabr 2017, 14:16
Bu yerlərdə siqaret çəkmək qadağan olunur - Siyahı - 24 Noyabr 2017, 14:13
"Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?" - Nazir - 24 Noyabr 2017, 14:04
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10