05:29 Bazar Ertəsi, 22 Oktyabr 2018
DÜNYA

Adnan Oktarın lüks villasından şok görüntülər üzə çıxdı - FOTOLAR

21:43, 05.08.20189715
Adnan Oktarın lüks villasından şok görüntülər üzə çıxdı - FOTOLAR
Cinayətkar dəstəsinin rəhbəri olan Adnan Oktarın İstanbulun Çəngəlköy yaxınlığında 30 ildir yaşadığı və təşkilatın mərkəzi olaraq istifadə etdiyi villaya ilk dəfə Türkiyənin "Sabah" qəzetinin əməkdaşları daxil olub.

AZXEBER.COM Musavat.com-a  istinadən xəbər verir ki, 70 ayrı kamera ilə qorunan milyon dollarlıq villada Adnan Oktarın lüks həyatının izləri qalır. Polisdən verilən məlumata görə görə dağınıq haldakı villa qısa müddət ərzində söküləcək.

ULTRA MÜHAFİZƏ

Ultra mühafizələr və lüks dekorasiya ilə bəzədilən müdhiş İstanbul Boğazı mənzərəli milyon dollarlıq villada A.Oktar və onun qurduğu təşkilat üzvlərinin lüks həyatından izlər qalıb. 12 min kvadrat metrlik sahədə tikilmiş villanın yerləşdiyi küçədə hər 250 metrdən bir təhlükəsizlik kamerası quraşdırılıb. Hər təhlükəsizlik nöqtəsində isə 10-a yaxın kamera və villa ilə əlaqə yaradıla biləcək daxili telefonlar var.

Küçənin sonunda yerləşən villa bağçasına daxil olanda isə ən üst bölümdə avtopark yer alır. Avtoparkın içərisində iri şüşə fanus içərisində 3 ədəd lüks idman aləti diqqət çəkir. Burada "aslan"ların idman edərək, fit görüntüyə sahib olduğu anlaşılır.

"KEDİCİK VƏ ASLAN OTAQLARI

Nərdivanlardan aşağıya doğru enəndə isə sağda və solda Adnan Oktarın kedicik və aslancıq adlandırdığı təşkilat üzvlərinin otaqları yerləşir. Həmin otaqlarda bu şəxslərə aid olduqca lüks geyim və ayaqqabılar da diqqət çəkir. 

Aşağıya doğru endikcə daha da lüksləşən otaqlarda təşkilat üzvü olan qadınların qaldığı görülür. Çəhrayı və qızıl rəngli, təxminən bütün divarları aynalarla örtülü otaqlarda bahalı geyim, bəzək əşyaları və ayaqqabılar diqqət çəkir. Bundan başqa, villanın bütün otaqlarında yüzlərlə vitamin və dərman qabları görünür.

DİQQƏT ÇƏKƏN QEYD: QAÇA BİLƏRİK

Aşağıya doğru endikcə kənarlara paylanmış lüks otaqlar artmağa başlayır. İkimərtəbəli bu otaqların içində ən diqqət çəkən bir digər detal isə "kedicik" adlandırılan təşkilat üzvlərinin otaqlarında çoxlu sayda pişiyə qulluq edilməsi idi. 

Buralarda pişik yemləri, pişik qumları və pişiklərin ehtiyac duyduğu əşyalar var. Ayrıca otaqlardan birinin qapısı üstündə "Lütfən qapını açıq saxlamayın. Qaça bilərik" yazısı da diqqət çəkir. Bu isə villadakı bəzi qadınların orda zorla saxlanması ilə bağlı bəzi ifadələri təsdiqləyir.

ADNAN OKTARIN YATAQ OTAĞI

Villanın ən gözəl yerində Adnan Oktarın yataq otağı yerləşir. Bu otaqda ikinəfərlik yataq və bir də təkadamlıq yataq yerləşir. Bu da Adnan Oktarın öz otağında tək qalmadığını sübut edir.

SƏCCADƏ VƏ NÜ TABLOLAR

Adnan Oktarın yataq otağının yanında isə geyim otağı yerləşir. Burada Oktarın verilişlərdə geyindiyi bahalı dəst kostyumlar, ayaqqabı və kəmərlər var. Üst mərtəbədə isə Oktarın jakuzili hamamını görmək olar. Hamamdakı dekorasiya və tablolar diqqət çəkir. Jakuzinin düz yanında kiçik bir otaq yerləşir. Bu otaqda yerləşən bir səccadə, üstündə bir balış və ətrafında nü tablolar diqqət çəkib. Oktarın bu otaqda gündə 2 dəfə namaz qıldığı bildirilib. Amma namaz qıldığı otaqda nü qadın tablolarının olması heyrət doğurur.

DURBİNLİ SEYR ÜÇÜN BALKON

Villanın tam ortasında İstanbul Boğazının müdhiş mənzərəsinin seyr edə biləcəyi ikimərtəbəli bir teras da yer alır. Adnan Oktarın istifadə etdiyi bu sahədəki masada bir durbinin olması diqqət çəkir. Adnan Oktarın buradan durbinlə insanları izlədiyi təxmin edilir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ