00:55 Cümə, 15 Dekabr 2017
SOSİAL

Aeroport yolunda "avtoş"luq edən avtobuslarla bağlı - AÇIQLAMA

16:44, 07.12.2017612
Aeroport yolunda
Xəbər verdiyimiz kimi, hava limanı yolunda 136 saylı iki sərnişin avtobusu yarışa çıxıb. 
 
Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev AZXEBER.COM-a açıqlama verib.
 
O, açıqlamasında deyib ki, həmin görüntülər nəzarətə götürülüb: "Bu video ilə bağlı bildirmək istərdim ki, məsələ BNA tərəfindən nəzarətə götürülərək araşdırılıb. Daşıyıcı Agentliyə çağırılıb və tələb edilib ki, sərnişin avtobusunu yüksək sürətlə idarə edərək sərnişinlərin eləcə də yolda olan digər hərəkət iştirakçılarının həyatını ciddi təhlükəyə atan sürücülərin müəyyən edilərək barələrində ciddi tədbir görülsün. Məlumat üçün onu da qeyd edək ki, hər iki avtobusun sürücü günün sonundan istehsalat bazasına qayıtdıqdan sonra daşıyıcı tərəfindən onlara qarşı lazımi tədbir görüləcək ki, analoji hal bir daha təkrarlanmasın.
 
Eyni zamanda daşıya da xəbərdarlıq edilib ki, bir daha sürücüləri tərəfindən belə xoşagəlməz halların təkrarlanacağı təqdirdə artıq onun özünə qarşı BNA tərəfindən konkret tədbirlər görüləcək"
 
Qeyd edək ki, redaksiyamıza göndərilən videoda 136 saylı içi sərnişinlə dolu avtobusun yarışa çıxaraq saatda 120 km sürətlə hərəkətdə olduğu qeyd olunub.

0
XƏBƏR LENTİ