18:35 Cümə, 14 Dekabr 2018
İDMAN

AFFA “Neftçi” və “Qəbələ”ni cərimələdi

18:48, 06.03.20181447
AFFA “Neftçi” və “Qəbələ”ni cərimələdi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Yığıncaqda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub.

 

 

"Qəbələ” ilə səfər matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan "Neftçi” 800 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Yusif Nəbiyev 1 matçlıq kənarlaşdırılıb. Futbolçusunun cəzalanması "Qəbələ”nin 200 manat cərimələnməsi ilə nəticələnib.

XƏBƏR LENTİ