16:17 Cümə Axşamı, 15 Noyabr 2018
İDMAN

AFFA rəsmiləri FIFA-nın tədbirində iştirak edir

15:33, 30.10.20182447
AFFA rəsmiləri FIFA-nın tədbirində iştirak edir
Türkiyənin İstanbul şəhərində FIFA-nın İnfrastruktur üzrə iclası keçirilir.
 
AZXEBER.COM AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirə baş katib Elxan Məmmədov və İnfrastruktur şöbəsinin müdiri Kamran Vəliyev də qatılıb. AFFA rəsmiləri Bakı Olimpiya Stadionunun 3-cü məşq meydanının, həmçinin "Sumqayıt” Futbol Klubunun ev oyunlarını keçirdiyi "Kapital Bank Arena”nın əsas və məşq meydanlarının təqdimatı ilə çıxış edəcəklər.
 
Qeyd edək ki, həmin meydanlar AFFA tərəfindən FIFA-nın dəstəyilə inşa olunur.
XƏBƏR LENTİ