xari

AFFA Tofiq Bəhramovun heykəli ilə bağlı müraciət etdi, müsbət cavab aldı

İDMAN
20:41 13.01.2021
363
Məşhur azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun adını daşıdığı Respublika stadionundakı heykəli ağardılıb. Bu, həmin ərazidə abadlaşdırılma işləri gedərkən baş verib.
 
Mərhum referinin adını daşıyan nəvəsi - Tofiq Bəhramov bununla bağlı AFFA-ya müraciət edib. O, heykəlin əvvəlki rənginə qaytarılması ilə bağlı xahiş edib. Assosiasiya da öz növbəsində bununla bağlı Azərbaycan Gənclər və İdman Nazirliyinə heykəlin əvvəlki rənginə - tunc rənginə qaytarılmasına dair müraciət edib. Bu, müsbət cavablanıb və proses reallaşacaq. 

Xatırladaq ki, Tofiq Bəhramovun heykəli 2004-cü ilin oktyabrın 13-də adını daşıdığı stadionun qarşısında, 2006-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan - İngiltərə görüşündən əvvəl açılıb. 
 
///Sport24.az

OXŞAR XƏBƏRLƏR