xari

Aftandil Hacıyev: "Rəqib sonadək bizə çətin anlar yaşatdı"

İDMAN
17:58 24.01.2021
388
"Bilirdik ki, bizi qarşıda ağır qrafik gözləyir. 3 gün öncə "Neftçi" ilə oynamışdıq. Bu səbəbdən heyətimizdə böyük dəyişiklik etdik. Daha az oynayan futbolçulara şans verdik".

AZXEBER.COM-un məlumatına görə, bu fikirləri "Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində I Divizion təmsilçisi "Zaqatala"nı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis rəqibi layiqli oyun münasibətilə təbrik edib: "Yüksək liqada bölgə klubları az olsa da, futbolun inkişafı sevindirici haldır. Onlar hər an elitada oynamağa hazır olduqlarını nümayiş etdirirlər. Rəqib aşağı dəstənin ən mübariz komandalarından biridir. Oyunun sonunadək bizə çətin anlar yaşatdılar. Hətta ilk hissədə hesabda önə keçməyi də bacardılar. Amma ikinci yarıda bəzi təcrübəli oyunçularımızı meydana daxil etdikdən sonra daha çox hücum etməyi bacardıq və istədiyimiz qolları vura bildik. Ağır oyun oldu. Amma rotasiyaya əl atmağa məcbur idik".

Hacıyev bu gün uduzmadıqları üçün sevincli olduğunu söyləyib: "Komandamı təbrik edirəm. Geridönüş etmək bizi sevindirdi. Bütün dünyada belə oyunlar olur. Hətta məşhur komandalar aşağı dəstə təmsilçilərinə uduzurlar. Almaniyanın "Bavariya" klubunu buna misal çəkmək olar. "Amma şükürlər olsun ki, bu gün biz məğlub olmadıq".

Yanvarın 28-də Premyer Liqanın V turundan təxirə salınmış görüşdə "Qarabağ"la qarşılaşacaqlarını xatırladan Hacıyev həmin matçda əsas heyət üzvlərinə şans verəcəyini söyləyib: "Növbəti oyunlara hazırlaşacağıq. Kubokda da yolumuza davam edirik. "Qarabağ"dan sonra bütün fikrimizi yenidən kubok matçına yönəldəcəyik".

"Zaqatala" klubunun baş məşqçisi Rüstəm Məmmədov isə bildirib ki, Aftandil Hacıyevin ikinci hissədəki əvəzetmələri oyunun nəticəsini həll etdi: "Rəqibi təbrik edirik. Gələcək oyunlarda rəqibə uğurlar arzu edirik. İlk hissədə hesabda önə keçsək də, ikinci yarıda "Səbail"in heyətində təcrübəli futbolçuların meydana çıxması qələbədə həlledici rol oynadı".

Qeyd edək ki, "Səbail" ölkə kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la qarşılaşacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:44 28.02.2021

Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub - FOTO

23:35 28.02.2021

“Meyvəli” bazarındakı yanğın söndürüldü - VİDEO

23:15 28.02.2021

Samuxda iki nəfər bıçaqlandı

22:49 28.02.2021

“Atlantico” nəşri: Fransa 1992-ci ildəki soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər

22:39 28.02.2021

Fransa mətbuatı: Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb

22:31 28.02.2021

Yevlaxda yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum oldu

22:10 28.02.2021

“Meyvəli” bazarında yanğın başlayıb

22:00 28.02.2021

ABŞ-da daha 68 min nəfər koronaviursa yoluxub

21:11 28.02.2021

Fransa qəzetində “Qarabağda müharibəsonrası vəziyyət və sülhün problemləri” müzakirə olunub

21:01 28.02.2021

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

20:32 28.02.2021

Azərbaycanda müğənni ürək tutmasından vəfat etdi

20:16 28.02.2021

Fransa portalında Zəngilanla bağlı reportaj dərc olunub

20:15 28.02.2021

S.Bussua: “Azərbaycan “Qafqazın əjdahası”na çevrilib”

19:57 28.02.2021

İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı

19:35 28.02.2021

“General de Europe”: Azərbaycanlı qaçqınlar 27 il əvvəl qovulduqları torpaqlara qayıtmağı gözləyirlər

19:31 28.02.2021

“Azərişıq”dan smart kart ödənişi haqqında yayılan iddialarla bağlı AÇIQLAMA