20:52 Cümə, 19 Iyul 2019
GƏNCLİK

AGAT jurnalistlərlə görüşdü

20:16, 27.06.20121469
AGAT jurnalistlərlə görüşdü
Bu gün Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) KİV nümayəndələri ilə görüş təşkil edib.

AZXEBER.COM-un məlumatına görə, “Səhər yemeyi” formatında keçən görüşdə AGAT sədrinin müavini Nərgiz Xələf təşkilatın yaxın günlərdə Fransada baş tutan və digər önəmli tədbirlərin faydalı nəticələri barədə danışlb, eyni zamanda jurnalistləri qarşıda duran tədbirlər barədə məlumatlandırıb.

Bildirilib ki, təşkilat hazırda Gənclər Təşkilatları Mərkəzi Şurasının sədrliyinə namizəd olan AGAT sədri Gülsel Səfərovanın açıq platformasının təbliği ilə bağlı işlər ğörür. Seçkilərin nəticəsindən asılı olmayaraq sentyabr ayında bir neçə qabaqcıl Avropa ölkəsinin hər birinə 4 günlük səfər ediləcək və bu ölkələrin daxili problemlərinin qabardılmasına həsr olunmuş tədbirlər keçiriləcək. Turnenin sonu Bakıda olacaq və burada qaçqın və məçburi köçkünlər problemi üzrə tədbir həyata keçiriləcək. Beynəlxalq Sülh Günü münasibətilə festival və AGAT-ın 5 yaşının rəsmi qeyd olunması tədbiri də sentyabr ayında olacaq.Sonra N.Xələf AGAT-ın görüləcək işlərdə jurnalistlərin təklif və mülahizələrini nəzərə almağa hazır olduğunu deyib və KİV nümayəndələrinin suallarını cavablandırıb.Qeyd edək ki, görüşdə AZXEBER.COM xəbər portalının təsisçiləri Hacıbəy Heydərli, Əfsələddin Ağalarov, Qaynar.info xəbər portalının baş redaktoru Fərid Şahbazlı, "Üç Nöqtə" qəzetinin əməkdaşı Rüfət Əhmədzadə, YURD TV, AZTV, Salamnews və digər KİV nümayəndələri iştirak edib. 
XƏBƏR LENTİ