Ailə dəyərlərimizi necə qoruyaq? - MÜZAKİRƏ

02 Avqust 2017, 13:52
AAA

 

Bu gün "Azərkitab"ın ofisində Gənc Vətəndaş İctimai Birliyi tərəfindən "Ailə üçün dəyər" mövzusunda tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə ailə dəyərləri haqqında müxtəlif fikirlər səsləndirilib.

Birliyin icraçı direktoru, hüquqşünas Günel Səfərova bildirib ki, son illərdə boşanma hallarının artması ailə dəyərlərini sıradan çıxarır:

"Ailə qiymətsizdir. Bizim "Ailə üçün dəyər" layihəmiz Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib. Layihə çərçivəsində bir sıra bölgələrdə - Xaçmazda, Lənkəranda, Ağdaşda müxtəlif maarifləndirici tədbirlərlə yanaşı, mütəxəssislərimiz tərəfindən peşəkar hüquqi xidmətlər verildi.

G.Səfərova onu da qeyd edib ki, layihənin məqsədi daha geniş formada və mütəmadi şəkildə fəaliyyət göstərməkdir:

"Uzun müddətdir Gənc Vətəndaş İctimai Birliyinin gerçəkləşdirmək istədiyi bir ideya var. "Ailə üçün dəyər" layihəsi yalnız 3 ay müddətinə davam edir. Bu müddətdən sonra insanlarla mütəmadi şəkildə işləmək üçün daimi bir qurum - Ailə Hüquq Akademiyasını yaratmaq istəyirik. 2016-cı ilin statistikasına baxsaq, çoxsaylı boşanma hallarının qeydə alındığını görəcəyik. Bu çox acınacaqlı haldır. Biz insanları ailə dəyərləri mövzusunda maarifləndirməklə bu göstəricilərin mümkün qədər azalmasına çalışırıq. Bizim əsas məqsədimiz müasir ailə modelinin, ailə dəyərlərinin formalaşdırılmasıdır".

Tətbirdə millət vəkili Hikmət Babaoğlu da mövzu ətrafında maraqlı fikirlər səsləndirib:

"Ailə milli dəyərlərin, həm də millətçiliyin təməlidir. Azərbaycanda ailə anlayışı hüququn təməlidir. Sağlam ailə təməlləri olmasa, cəmiyyətlər formalaşa bilməz. Biz bir qədər sosial politologiya elminin dərinliyinə getsək, görərik ki, illərlə qoruyub saxladığımız adət-ənənələrin də əsası ailədən başlayır. Ailə, ailə fərdlərinin sağlam gələcəyi üçün düzgün qərarlar qəbul etmək önəmlidir. Ona görə Zərdüşt deyirdi ki, qiymət özü qiymətli şeylərin ən qiymətlisidir”.

"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirib ki, son zamanlar cəmiyyətdə ən aktual problemlərdən biri olan ailə dəyərləri haqqında çox söz demək olar:

"Cəmiyyətdə müxtəlif səbəblərdən ailə problemləri yaşanır. Ailədə yaranan ən xırda problemlərin belə həll olunmadan üstündən keçilməməlidir. Ailə dəyərləri deyildiyi qədər asan mövzu deyil. Bu mövzu çox dərin və qəliz nüansları özündə birləşdirir. Hər bir ölkənin özünə xas dəyərləri olduğu kimi Azərbaycanın da ən önəmli dəyərlərindən biri məhz ailə dəyərləridir. Unutmaq olmaz ki, düzgün ailədə böyüyən bizim gələcək nəsildir. Ailə dəyərlərini o qədər müdafiə etmək lazımdır ki, bu ailədə yetişən gənclik sabah vətənpərvər, mühafizəkar və bir o qədər də mübariz ruhlu olsun. Elə gənclər yetişdirmək lazımdır ki, onlar sabah öz haqqları, eləcə də ailə dəyərləri uğrunda var güclərilə mübarizə apara bilsinlər".

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, bu gün müzakirə etdiyimiz mövzunun bir başqa tərəfində də ailə həyatı qurmamış xanımlarımız dayanır:

"Toplumda qəribə bir tendensiya mövcuddur. Dünya ölkələri üzrə ən gözəl xanımlar elə Azərbaycan xanımlarıdır. Lakin danılmaz faktdır ki, Avropada adət-ənənə fərqlidir, ailə dəyərləri fərqlidir, bizdə isə fərqli. Düşünmək olar ki, illər keçir və müasir cəmiyyətin, müasir gəncliyin gələcəyə dair planları fərqlənir. Lakin hər bir halda valideyn sevgisindən məhrum qalan uşaqların sayının azalması və boşanma hallarının qarşısını almaq üçün ailə dəyərlərinə sahib çıxmaq lazımdır".

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev bildirdi ki, Azərbaycanda ailə dəyərlərinin möhkəmləndirilməsi istiqamətində məhdud sayda layihələr gerçəkləşdirilir:

""Ailə üçün dəyər” layihəsi bu gün cəmiyyət üçün lazımlı nüansları istər maarifləndirici mövzularda, istərsə də səyyar hüquqi xidmətlər mövzusunda peşəkar şəkildə işlənmişdir. Layihə əməkdaşları cəmiyyətə ailə dəyərlərini, onun vacibliyini aşılayaraq, sağlam cəmiyyətin formalaşmasına təkan verir. Bu gün hüquqşunaslara çoxsaylı boşanma ərizləri daxil olur. Bu heç də arzulanan hal deyil. İnsanlar ailə psixoloqlarına müraciət etməkdən çəkinirlər. Xaricdə isə bu tamamilə normal haldır. Avropada xüsusi qurumlar var ki, boşanmaq istəyən cütlüklər bu qurumlara müraciət edirlər. Burada problemlər müxtəlif istiqamətlərdə araşdırıldıqdan sonra məhkəmələrə müraciət ərizəsi verilməsinə icazə verilir. Bu ideyanı isə Gənc Vətəndaş İctimai Birliyinin yaradacağı Ailə Hüquq Akademiyasının reallaşdıracağına və cəmiyyətimiz üçün yararlı layihələrə imza atacağına ümid edirik".

Yeni Yazarlar Klubunun rəhbəri, kulturoloq Aydınxan Əbilov qeyd edib ki, bu gün cəmiyyətdə ailə dəyərləri arzulanan dərəcədə deyil:

"Ailə dəyərləri dedikdə çox müxtəlif mövzulara toxunmaq olar. Avropada eynicinsli insanların ailə qurmasına rəsmi olaraq icazə verilib. Amma burada hansı ailə dəyərlərindən söhbət açmaq olar? Cəmiyyətimizdə bu gün qadınlara qarşı müəyyən mənada mühafizəkarlıq hiss olunur. Bu özü də milli dəyərlərin göstəricisidir. Bu gün bir kişinin bir xanıma qarşı göstərdiyi kobud münasibət kişi ilə kişi arasında yaşanan kobudluqdan daha çox diqqət çəkir və daha çox hüquqi yollarla tənzimlənir. Bu gün cəmiyyətdə ailə dəyərlərinin qorunması istiqamətində düzgün təbliğata maarifləndirici tədbirlərə ehtiyac var. İstərdim ki, müasir dövr və gənclik ailə dəyərlərini itirməsin".

Könül Cəfərova


Oxunma sayı : 187

SON XƏBƏRLƏR
Mariya Şarapova ilk sevgisi haqda: Bir gecənin içində... - 17 Oktyabr 2017, 22:32
Bakı metrosunda gənc qız özünü qatarın altına atmaq istədi – FOTO - 17 Oktyabr 2017, 22:25
Mətanətdən Rövşanə haqda qalmaqallı sözlər: "Bədbəxt insan..." - 17 Oktyabr 2017, 21:19
Təranə ilə küsülü olduğu Cabbar arasında efirdə dava - 17 Oktyabr 2017, 20:18
Tibb Universitetinin tələbəsini öldürən şəxslər tutuldu - 17 Oktyabr 2017, 19:31
Bu qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən alındı - 17 Oktyabr 2017, 19:22
Arif Qaraşov: "Maşını oğlum yox, sürücüm idarə edib, o da cəzasını alacaq" - 17 Oktyabr 2017, 19:02
Müşfiq Mədətovun bıçaqlanmasından əvvəl və sonra baş verənlərin pərdəarxası - 17 Oktyabr 2017, 19:00
Vüsalə Kərimova: “Tərbiyəsizlik əri yanında olarkən sevgilini də yanında gəzdirməkdir"- Video - 17 Oktyabr 2017, 18:49
Alimlərdən qorxunc proqnoz - Günəşdə "super partlayış" olacaq - 17 Oktyabr 2017, 18:01
“Stimul” klinikası haqqında şok iddia: "Palatalardakı kameralarla xəstələr izlənilir" (FOTOLAR) - 17 Oktyabr 2017, 17:59
Cəbhəyani bölgələrin məktəblərində vətənpərvərlik mövzusunda inşa musabiqəsi təşkil olundu - 17 Oktyabr 2017, 17:54
DÇ-2018: İtaliya - İsveç, Xorvatiya - Yunanıstan - 17 Oktyabr 2017, 17:48
Türkiyədə kömür mədəni çökdü: Ölənlər var - 17 Oktyabr 2017, 17:46
“Qarabağ” ispan futboluna yaxın oyun göstərir" – Dieqo Simeone - 17 Oktyabr 2017, 17:42
Masallıda qadın bədbəxt hadisə nəticəsində öldü - 17 Oktyabr 2017, 17:39
Piyadanı vuran “AA” seriyalı maşının sahibi bəlli oldu - Tanınmış məmurun oğludur - 17 Oktyabr 2017, 17:09
"Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli oldu - 17 Oktyabr 2017, 17:04
Nazir müxalifətin mitinqinə qatılan aktyorlardan danışdı: "Təəssüfləndirici haldır" - 17 Oktyabr 2017, 16:50
Sevgilisini qətlə yetirən Aygül: Dəhlizdə saçımdan tutub saxladı... - 17 Oktyabr 2017, 16:40
Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi günü münasibətilə tədbir keçirilib - 17 Oktyabr 2017, 16:35
Sabiq icra başçısının oğlu vəfat etdi - 17 Oktyabr 2017, 16:25
FHN əsgəri özünü bıçaqladı - 17 Oktyabr 2017, 16:11
Azərbaycanda avtomobil yollarında təhlükə - Getdiyiniz yerdə sürüşə bilərsiniz - RƏSMİ - 17 Oktyabr 2017, 16:08
Vəzifəsindən azad olunan imam QMİ-nin əmrinə tabe olmur - 17 Oktyabr 2017, 15:56
Xızıda silah anbarındakı partlayışla bağlı AÇIQLAMA - 17 Oktyabr 2017, 15:56
Güzəştli mənzil satışı ilin sonuna kimi başlanıla bilər - 17 Oktyabr 2017, 15:25
"Xaricdən təklif olsa, pula baxmayıb gedəcəyəm" - Qara Qarayev - 17 Oktyabr 2017, 15:24
Sabiq deputatın oğlu DİN-i məhkəməyə verdi - 17 Oktyabr 2017, 15:06
"Bizim iki əsas problemimiz var, biri vergidir, digəri isə kinoteatrlar..." - Müsahibə - 17 Oktyabr 2017, 15:01
Azərbaycanlı kriminalın "oğru" adı özünə qaytarıldı - 17 Oktyabr 2017, 14:53
DİN-in mətbuat xidmətinin regional bölmələri fəaliyyətə başlayıb - 17 Oktyabr 2017, 14:51
“Marca” “Qarabağ”dan yazdı: “Evsiz çempion” - 17 Oktyabr 2017, 14:27
Qənirə Paşayeva “Ortadoğuda Türklüyün sıcak gündemi” adlı konfrans verib - 17 Oktyabr 2017, 14:12
Leyla Əliyeva müraciət etdi: Onlara kömək edək - 17 Oktyabr 2017, 14:06
Ana iki oğlunu sobada bişirib, öldürdü - 17 Oktyabr 2017, 14:01
"Türkiyə Dağlıq Qarabağa qanunsuz səfər edən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməlidir" - 17 Oktyabr 2017, 13:38
"Bozbaş"ın "Qılman hoca"sı: "5 il kloun işləmişəm" - 17 Oktyabr 2017, 13:34
Deputat oğlunu özünə müavin təyin etdi - 17 Oktyabr 2017, 13:27
Bakıda intihar edən müəllimin - FOTOSU - 17 Oktyabr 2017, 13:20
Elarizlə Mehriban Xanlarova sevgili olub: "Ona vurulmuşdum" - 17 Oktyabr 2017, 13:16
"Azərbaycanın ən parlaq ulduzu" bu 3 məşhurdan biri olacaq - 17 Oktyabr 2017, 13:11
BNA “Qarabağ” -“Atletiko Madrid” oyunu ilə bağlı azarkeşlərə səsləndi - 17 Oktyabr 2017, 12:59
"Maşını" tərk edən iştirakçı: “Mübarizə apardıqca batırdım” - 17 Oktyabr 2017, 12:51
“Cinsi azlıq virusunu Azərbaycanda yaymaq istəyirlər” - Fazil Mustafa - 17 Oktyabr 2017, 12:50
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10