Akif Əlinin Lütfi Zadəni təhqir etməsinin ilginc səbəbləri - VİDEO

25 Sentyabr 2017, 10:19
AAA

Məşhur alim Lütfi Zadə haqqında Akif Əlinin təhqiramiz ifadələr işlətməsi yaddaşlardan tezliklə silinəsi deyil. Uzun müddət mətbuatla təmasları olan, ölkənin mədəni həyatında tanınmış bir şəxsin nədən birdən – birə ehtiyatsız olaraq dahi alim haqqında xoşagəlməz, təhqiramiz ifadələr işlətməsinin səbəbləri düşündürücü idi.

AZXEBER.COM xəbər verir ki, Moderator.az bu münasibətin tarixi haqqında ilginc məlumatlar əldə edib. Məlum olub ki, Akif Əlinin Lütfi Zadəyə olan antipatiyasının 20 ilə yaxın tarixi varmış.

1998- ci ildə AzTV-nin təşəbbüsü ilə Lütfi Zadə haqqında film çəkmək qərara alınır. Filmə dövlət və özəl təşkilatlar sponsorluq edirlər. Çəkiliş qrupu Amerikaya səfər edir və alimin iş yerində, evində müxtəlif çəkilişlər aparır. Nəhayət, 30 dəqiqəlik "Uzaq və yaxın Lütfi Zadə” adlı telefilm ərsəyə gətirilir və ekranlara çıxır. Film nümayiş etdiriləndən sonra mətbuatda müxtəlif fikirlər, əsasən isə müsbət rəylər yazılır, amma…

Amma, Akif Əli film haqqında əsasən tənqidi ruhlu çıxış edir, filmin ssenari və rejissor işinin uğursuz olduğunu qeyd etməklə, Lütfi Zadənin Azərbaycan haqqında heç bir söz deməməsini, həyat yoldaşının isə tamaşaçılara sayğısız davrandığını xüsusi vurğulayır. Fikrini onunla əsaslandırır ki, alimin evində çəkiliş zamanı onun həyat yoldaşı kresloda oturanda ayaqqabılarını da çıxarmadan ayaqlarını stolun üzərinə qoyub danışmağı bizə – azərbaycanlılara olan saymamazlıqdan qaynaqlanır. Qadının bu hərəkətini xüsusi saymamazlıq hesab edən Akif Əli çəkilişi aparanları da qınayır ki, heç olmasa bu kadrı montaj edəydilər.

Akif Əlinin tənqidi çıxışı filmin yaradıcılarında qəzəb doğurur və özünə cavab verməsələr də Lütfi Zadə ilə film haqqında reaksiyalar barədə telefon söhbəti zamanı ssenari müəllifi Möhbəddin Səməd alimə filmin yaxşı qarşılandığını, amma bir nəfərin onun xanımının oturuşu, ayaqlarının stolun üzərinə qoymasına irad bildirməsi haqqında tənqidi məqalə yazdığını da deyir. 

Lütfi Zadə bu xəbərdən çox pis əsəbləşir və imkanları vasitəsilə Akif Əlinin məqaləsi haqqında narazılığını mərhum dövlət başçısı Heydər Əliyevə qədər çatdıra bilir və xanımının saymamazlıqdan deyil, ayaqlarının xəstə olduğundan oturan zaman məcburən kiçik masanın üzərinə qoyduğunu bildirir. Yuxarıdan ciddi göstərişlər olur və detallarına varmadan deyə bilərik ki, Akif Əli o zaman da xeyli baş ağrısı çəkir, hətta işdən azad olunur və bir müddət də televiziya ekranlarına buraxılmır.

Akif Əli Azərbaycanda olmadığı üçün onun bu hadisə ilə bağlı fikirlərini öyrənə bilmədik. Aydındır ki, bütün bunlar Akif Əliyə Lütfi Zadə haqqında təhqiramiz ifadələr işlətməyə haqq qazandırmır.

Həmin filmi təqdim edirik. Filmin qalmaqallı səhnəsi 8-ci dəqiqədə bir neçə saniyə davam edir.



Oxunma sayı : 2431

SON XƏBƏRLƏR
Qurban Qurbanov: Şikayət etdik, cavabı hər kəsə bəllidi - 19 Oktyabr 2017, 00:20
Sentyabrın ən yaxşısı: nə Messi, nə Ronaldo... - 18 Oktyabr 2017, 22:54
“O hardan bilsin?” – Jeyladan yeni mahnı - 18 Oktyabr 2017, 22:17
"Qarabağ"dan tarixi zəfər! — YENİLƏNİB - 18 Oktyabr 2017, 21:56
“Qarabağ” - “Atletiko”: İlk hissədə qol yoxdur - Yenilənir - 18 Oktyabr 2017, 21:29
İki ekranlı smartfon təqdim edilib - Fotolar - 18 Oktyabr 2017, 21:05
“Space”in aparıcısı “Lider”ə keçdi - 18 Oktyabr 2017, 20:38
Dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb - FOTOLAR - 18 Oktyabr 2017, 20:03
"Qarabağ" azarkeşlərinə avtobuslar ayrılacaq - RƏSMİ - 18 Oktyabr 2017, 19:38
“WhatsApp”dan arzulanan YENİLİK gəlir - 18 Oktyabr 2017, 19:00
Azərbaycanda mədəsini kiçiltmiş məşhurlar - Onlar bunu niyə gizlədir? - 18 Oktyabr 2017, 17:54
Azərbaycanda bu təşkilatların könüllülərinə təqaüd veriləcək - SİYAHI - 18 Oktyabr 2017, 17:34
Azərbaycanlı qadının türk ərini öldürən çoban: Gecə məni yuxudan qaldırıb zorladı - 18 Oktyabr 2017, 17:27
DTX Bakıda əməliyyat keçirdi: radikal dindarlar həbs edildi - 18 Oktyabr 2017, 17:16
Məscidə gedən 17 yaşlı qızı maşında zorlayıb, öldürdükdən sonra gölə atdılar - 18 Oktyabr 2017, 16:54
Bakıda 2-ci sinifdə oxuyan uşaq əməliyyat masasında öldü - FOTO - 18 Oktyabr 2017, 16:47
Müğənni Könül Kərimova Kərəm Həsənovun rəhbəri olduğu idarəni məhkəməyə verdi - 18 Oktyabr 2017, 16:40
Türkə ərə gedən azərbaycanlı aktrisa: «Məni şantaj edir» - 18 Oktyabr 2017, 16:39
“İnterpol”un tapdığı azərbaycanlılar ölkəyə təhvil verildi - 18 Oktyabr 2017, 16:30
Bərdədə gənc özünü yandırdı - 18 Oktyabr 2017, 16:19
Könül Xasıyeva canlı yayımda ağladı: Buna dözə bilmirdim - VİDEO - 18 Oktyabr 2017, 16:18
"Qarabağ" 1:5 "Atletiko" - Gənclərimiz yenə uduzdu - 18 Oktyabr 2017, 16:12
"Ərizəni istəmədən yazmışam" - İşdən çıxarılan əməkdar artist - 18 Oktyabr 2017, 15:57
12 ildir ən reytinqli şou olan "Maşın"da 1 saat - REPORTAJ + FOTO - 18 Oktyabr 2017, 15:47
Azərbaycan universitetləri: 4 il oxu, axırda da qal işsiz... - 18 Oktyabr 2017, 15:45
Hava şəraiti dəyişəcək - 18 Oktyabr 2017, 15:38
"Qarabağ"ın oyununu stadionda izləyəcək azarkeşlərin NƏZƏRİNƏ! - 18 Oktyabr 2017, 15:22
"Unibank"dan özbaşınalıq - Sürücülərin, piyadaların və əlillərin yolunu kəsdilər – FOTO - 18 Oktyabr 2017, 15:20
“CBC Sport”-dan Türkiyə Süper liqasının yayımı ilə bağlı -AÇIQLAMA - 18 Oktyabr 2017, 14:34
Müxalifətin mitinqinə qatılan tanınmış aktyor işdən çıxarıldı: ""Azdrama" təsdiqlədi" - 18 Oktyabr 2017, 14:34
"Artıq qorxmuram: o, məni zorladı" - Olimpiya çempionu - 18 Oktyabr 2017, 14:31
"Qarabağ"ın gəncləri "Atletiko"nu cəzalandırdı - YENİLƏNİR - 18 Oktyabr 2017, 14:25
Ermənilər Şahbaz Quliyevi Şuşaya apardı - 18 Oktyabr 2017, 14:19
"Bu bütün türk xalqlarının ortaq problemidir" - Qənirə Paşayeva - 18 Oktyabr 2017, 14:07
“Mollalarda gəzirdi, 9 ay idi evdə yox idi…” - Qız qaçıran evli kişi - 18 Oktyabr 2017, 14:01
Neslihan Atagül: "Sanki dünyanın ən gözəl qadınıyam" - 18 Oktyabr 2017, 13:59
Artıq Azərbaycanın da öz «Safari Park»ı var - VİDEO - 18 Oktyabr 2017, 13:45
"Mal-qaranı yumaq üçün olan dərmanı südə qatıb və uşağa verdim" - 5 yaşlı qızını zəhərləyib öldürən qadın - 18 Oktyabr 2017, 13:32
Arif Quliyev: "Bu maşın mənimdir, eşidin, bilin - VİDEO - 18 Oktyabr 2017, 13:24
Generaldan “Müsavat”ın yürüşü ilə bağlı - Açıqlama - 18 Oktyabr 2017, 13:22
Arzu Əliyevanın filminin Londonda nümayişi baş tutub - 18 Oktyabr 2017, 13:16
Bakıda məhərrəm ayında kimlər toy edir? – SİYAHI - 18 Oktyabr 2017, 13:07
"Bu adamın teatrın fəaliyyətindən, tarixindən heç xəbəri yox imiş" - Direktor Rövşanəni tənqid etdi - 18 Oktyabr 2017, 13:04
Bakıda 2000 ev sökülə bilər - “Azərsu” iddia qaldırdı - 18 Oktyabr 2017, 12:56
Bakıda əcnəbi kişi tanış olduğu qadını evə apardı - başına iş gəldi - 18 Oktyabr 2017, 12:43
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10