14:48 Cümə, 14 Dekabr 2018
DÜNYA

"Alan istədiyi kimi istifadə edə bilər" - Ana körpəsini satışa çıxardı

15:51, 12.04.20188115
40 yaşlı rus qadın uşağını internetdən 4 min 400 dollara satışa çıxarıb.

AZXEBER.COM Mili.Az-a istinadən xəbər verir ki, Rusiya bir ananın internetdə körpəsini satışa çıxardığı elanla sarsılıb. Elanda "Uşağım çox sağlamdır. İstədiyiniz kimi istifadə edə bilərsiniz" deyən qadın polis tərəfindən saxlanılıb.

Çelyabinsk şəhərində yaşayan Lyudmila Sadryeva orqan qaçaqmalçılığında təqsirləndirilir. Ancaq Sadryeva ittihamları qəbul etməyib.

Elandan polisin basqınından sonra xəbərdar olduğunu bildirən qadın ifadəsində: "Yola getmədiyim bir evdə yaşadığım rəfiqəm elanı intiqam üçün yerləşdirib" deyib.

Sadryeva olaydan sonra qaçan rəfqisənin tapılmasını istəyib. İndi polis hər yerdə qaçan qadını axtarır.
 

XƏBƏR LENTİ