17:12 Cümə Axşamı, 18 Oktyabr 2018
SOSİAL

“Ali məktəblərə qəbul imtahanları ləğv olunmalıdır”

13:39, 17.05.201815458
“Ali məktəblərə qəbul imtahanları ləğv olunmalıdır”
Şahlar Əsgərov Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzini ittiham etdi
 
"Son 25 ildə təhsilin inkişafı ilə bağlı müxtəlif addımlar atılsa da, təkliflər irəli sürülsə də, bu sahədə ciddi inkişafa nail olunmayıb”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin Təhsil Komitəsinin keçmiş sədri, YAP Siyasi Şurasının üzvü Şahlar Əsgərov söyləyib.
 
O bildirib ki, təhsilin bu səviyyəyə gəlib çatmasında müxtəlif xarici və daxili amillər rol oynayıb: "Birincisi uzun müddət müxtəlif xarici dini cərəyanlara bağlı təhsil müəssisələri ölkəmizdə fəaliyyət göstərib. Onlar çoxlu sayda özəl universitetlər, təhsil mərkəzləri işlədiblər. Bu qüvvələr daim çalışıblar ki, ölkə təhsilini özlərinin iradəsindən asılı vəziyyətə salsınlar. Şükür Allaha, bu problem artıq həll olunub və onlar zərərsizləşdirilib. Digər yandan təhsil və ali məktəblərə qəbul siyasətini həyata keçirən iki qurum – Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi həmişə davalı olublar. Qeyd etdiyim bu iki ciddi problem ölkə təhsilinin inkişaflna daim əngəl olub”.
 
Qəbul imtahanlarında abituriyentlərin yarıdan çoxunun 200-dən az bal toplamasına münasibət bildirən keçmiş komitə sədrinin sözlərinə görə, ali məktəblərə qəbul imtahanları ləğv olunmalıdır: "Rusiyada ali məktəbə imtahan verən abituriyentlərin 80, Türkiyədə isə 60 faizi insituta daxil olur. Azərbaycanda isə bu rəqəm 16 faizdir. Mən həmişə demişəm, yenə də deyirəm, ali məktəblərə qəbul imtahanları ləğv olunmalıdır. Abituriyentlərin həyatını məhv etmək olmaz. Qoy onlar sərbəst şəkildə universitetə qəbul olunsunlar. Əsas məsələ onların peşəkar mütəxəssis kimi yetişməsidir. Bu səbəbdən diqqəti universitet təhsilinə yönəltmək lazımdır. Ali məktəblər giriş qapılarını açmalı, çıxış qapılarını isə bağlamalıdırlar. Belə olarsa, ölkədə peşəkar və bacarıqlı kadrlar yetişəcək və nəticədə ölkə təhsili inkişaf edəcək”.
 
Günel,
AZXEBER.COM
XƏBƏR LENTİ