05:31 Bazar Ertəsi, 17 Dekabr 2018
KRİMİNAL

Alıcı adıyla telefon ogurlayıb qaçdılar - VİDEO - FOTO

20:10, 06.03.20181677
Alıcı adıyla telefon ogurlayıb qaçdılar - VİDEO - FOTO
Bakıda vətəndaşların qiymətli mobil telefonlarını mənimsəyən dəstə üzvləri saxlanılıb.

AZXEBER.COM ARB TV-yə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinə paytaxt sakini Fərid Qəmbərli müraciət edərək bildirib ki, bir neçə gün əvvəl onlayn alış-veriş saytlarında özünə məxsus mobil telefonu satmaq istəməsi barədə elan yerləşdirib.

Daha sonra tanımadığı şəxs onunla əlaqə saxlayaraq, həmin telefonu almaq istədiyini bildiriblər. Yeni Günəşli qəsəbəsində görüşən zaman isə həmin şəxs və yanındakılar onun mobil telefonunu əlindən alaraq hadisə yerindən qaçıblar.

Bölmə əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən İmişli rayon sakinləri-əvvəllər məhkum olunmuş Elşən Nuriyev, Rüfət Həsənzadə və paytaxt sakini Samir Hacızadə saxlanılıblar.

Onların ətrafında həyata keçirilən əlavə tədbirlərlə saxlanılan şəxslərin eyni üsulla daha bir nəfərin mobil telefonunu oğurladıqları məlum olub. Dəstə üzvləri cinayətləri həyata keçirən zaman S.Hacızadənin avtomobilindən istifadə ediblər.

Elşən Nuriyev - saxlanılan şəxs: "Rüfət və Samirlə birlikdə telefon satan şəxsi Yeni Günəşliyə çağırdıq. Onların telefonunu götürüb oradan uzaqlaşdıq".

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Suraxanı Rayon Polis İdarəsi, eləcə də 33-cü Polis Bölməsinə müraciət edə bilərlər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
 

XƏBƏR LENTİ