01:27 Cümə Axşamı, 15 Noyabr 2018
İDMAN

Alim Nəbiyev finalda erməni idmançıya uduzdu

13:25, 03.06.201810388
Alim Nəbiyev finalda erməni idmançıya uduzdu
İyunun 2-də Böyük Britaniyanın Birmingem şəhərində peşəkar kikboksçular arasında "Glory 54” turniri keçirilib.

Azərbaycanın və "Qəbələ” idman klubunun kikboksçusu Alim Nəbiyev yarımorta çəki dərəcəsində final döyüşündə Belçikada yaşayan Ermənistan idmançısı Harut Qriqoryanla üz-üzə gəlib.

Beş raundluq döyüşdə hakimlər qələbəni erməni idmançıya verib.

Döyüşdən sonra Qriqoryan etiraf edib ki, diz ilə çox zərbə buraxıb.

Bu, hesabında 49 qələbə və 6 məğlubiyyət olan Alimin peşəkar rinqdə 56-cı döyüşü idi.

A.Nəbiyev finaladək fransalı Cimmi Vienot, hollandiyalı Niki Holsken və Kamerun əsilli fransalı Sedrik Doumbeyə qalib gəlib.
 
///Oxu.Az
XƏBƏR LENTİ