01:31 Cümə, 22 Noyabr 2019
SOSİAL

Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğlunu qəbul edib - FOTOLAR

17:37, 19.05.20195807
Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğlunu qəbul edib - FOTOLAR
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov istirahət günüdə öz evində Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovu qəbul edib.

AZXEBER.COM xəbər verir ki, görüş zamanı Kürdoğlu Əsgərovun icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı müzakirələr aparılıb.

Səmimi görüş zamanı Kürdoğlu Əsgərova ərazinin çay yatağı olduğundan icarəyə götürülməsi üçün aidiyyətli qrumlar-FHN, Ekalogiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən müsbət rəy verilməsinin vacibliyi bildirilib.

Vurğulanıb ki, Kürdoğlu Əsgərov torpaq sahəsini icarəyə götürmək üçün müraciət etdiyi anda dərhal aidiyyətli qurumlara Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi müraciət ünvanlanıb.

Müzakirə zamanı məlum oldu ki, məsələnin kökündə qısa anlaşılmazlıq olub. Torpağın icarə müqaviləsini artırmaq üçün vətəndaş tərəfindən aidiyyəti dövlət orqanların rəyi gözlənilməlidir. 

Çay süfrəsi arxasında keçirilən səmimi görüşdə Cənab Alimpaşa Məmmədov hər zaman olduğu kimi bundan sonra da Kürdoğlu Əsgərova yaxından dəstək olacağını, məsələnin həll olunması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. 

 

 

 



Kürdoğlu Əsgərov da öz növbəsində görüşə görə icra başçısına təşəkkür edib.
XƏBƏR LENTİ