23:34 şənbə, 26 May 2018
KÖŞƏ

Allahın yerkürəsinə bəxş etdiyi xilaskar - Heydər Əliyev

18:20, 12.12.20141666
Allahın yerkürəsinə bəxş etdiyi xilaskar - Heydər Əliyev

Elvin Əjdərli

1923-cü il 10 may. Yaz aylarının sonu, Yay aylarının başlanğıcı Azərbaycanın Naxçıvan vilayətində bir fəhlə ailəsinə Allah tərəfindən ala gözlü bir sevinc, Heydər bəxş olunur. O sevinc ki illər sonra adı dillər əzbəri olacaq dünyaya günəş kimi doğacaq, adı ilə canlar qurtulacaq qanlar duracaq. Söhbət uzun illər həyatını Azərbaycanın rifahına, suverenliyinə onun müstəqilliyinə milli və mənəvi dəyərlərinə həsr etmiş Görkəmli şəxsiyyət, ümummilli lider, Ulu Öndər Heydər Eliyevdən gedir. Onun Azərbaycan xalqı üçün etdiyi xidmətlər tarixlər boyu dillərə dastan olacaq haqqında kitablar yazılacaq. Ulu öndər elə bir şəxsiyyətlərdəndirki onun haqqında danışmaq, yazmaq belə bir şərəf qürurdur. Mən hələ uşaq ikən xatırlayıram ki babam həmişə evdə ulu öndərimizin keçdiyi qızıl hərflərlə tarixə yazılmış çətin amma bir o qədərdə şərəfli həyat yolundan onun dövlət təhlükəsizlik sistemində ilk azərbaycanlı general olmasından və 1969-da Azərbaycanın rəhbəri seçilərək xalqımızın rifaha qovuşması üçün etdiyi işlərdən danışardı. Babamın ulu öndərimizə olan sevgisi o qədər çox idiki o danışarkən kiçik bir uşaq kimi gözləri parlayardı həmişə onun əzəmətindən qüdrətindən necə şəxsiyyət olmasından danışardı. Onun haqqında şeirlər yazar onu allah təalanın yer kürəsinə bəxş etdiyi günəş adlandırardı.Bu şeirlərindən birinində adı məhz Şəxsiyyətdir! Bunlar mənə o qədər çox maraqlı gəlirdiki hər gecə yatanda belə onun haqqın da anamdan soruçardım.Və anamda ulu öndərimiz haqqında mənə uzun uzun danışardı və mən yatardım.Sonradan mən böyüdükdən sonra elm və texnalogiya yetərincə inkişaf etmişdi. Mən ulu öndərin keçdiyi şərəfli həyat yolunu daha dərindən öyrənmək üçün araşdırmalar elədim. Və həqiqətəndə onun keçdiyi həyat yolu mənə sözün əsl mənasında vətən sevgisinin nə olduğunu əsl şəxsiyyətin necə olmasını Şəxsiyyət anlayışını mənə öyrətdi. Məhz bu dühanın mənə verdiyi ruh, milli vətənpərvərlik hissi, xalqına milli mənəvi dəyərlərinə sahib çıxma hissi məndə sözün əsl mənasında şəxsiyyət haqqında kitab yazmaq eşqini oyatdı. Çünki o elə bir insan, lider, öndər, sözlə ifadə edilə bilməyəcək qədər qüdrətli əzəmətli şəxs olmuşdurki onu xəyal etmək, düşünmək belə insanı fərəhləndirir. Tarix boyu heçkim sağ ikən Millət ATASI adını almamıştır! Amma Heydər ƏLİYEV, o Azərabaycan xalqı üçün elə bir şəxsiyyət olmuşdurki kiçikdən böyüyə hərkəs o gələndə dərdi qəmi unudar Heydər ATA! Xilaskar! Heydər BABA! deyə sevinclənərdi. Zənnimcə o peyğəmbərlərimizdən sonra Allahın yerkürəsinə bəxş etdiyi bir xilaskar olmuştur ki onun kimi ikinci bir insan bir daha doğulmayacaq. Çünki dünya liderlərinin hamısını araşdırdıqda hərbiri sıradan seçimlər və yaxud da xüsusi zorakılıqla hakimiyyətə gəlmiştir. Amma Heydər Əliyev xalqın içindən xalqın tələbi və sevgisi ilə gəlmiştir. O sanki yerkürəsinə Azərbaycana gəlmiş bir xilaskar mələkdi gəldi və gəlməsi ilə də Azərbaycan xalqına əmin amanlıq, ruzi bərəkət, rifah gətirdi. Məhz onun Azərbaycanın üstündə qara buludlar əsərkən Azərbaycana gəlməsinin Azərbaycan üçün günəşin doğduğunun tanrının Azərabycanı, azərbaycanlıları sevməsini göstərdi. Allah sanki hər əsrdə yer kürəsinə bir inci bəxş edir. Heydər Əliyevdə 20ci əsrin incisi olmuştur. Sözün əsl mənasında əsrləri, tarixləri araşdırsaq görərik ki hər əsrdə Allah təala yer kürəsinə bir şəxsiyyət bəxş etmişdir ki onun gəlişi, onun ayaq basdığı hər yer güllük firavanlıq olmuştur. Məncə Heydər Əliyev Allah təalinin yer kürəsinə baxş etdiyi möcüzələrdən, insalara xilaskar olaraq ilahi qüvvə tərəfindən dəstəklənən sərkərdələrdən, şəxsiyyətlərdən biridir. Və məhz bunu təsdiqləmək doğurdan da belə olmasını sübut etmək, tarixən ən böyük sərkərdələrin, tarixdə iz qoymuş insanların hətta belə deyərdim peyğəmbərlərin belə onunla eyni xüsusiyyətlərini, oxşar cəhətlərini öyrənmək və isbatlamaq üçün mən ömrümü Heydər Əliyev şəxsiyyətini araşdırmağa həsr edəcəyəm! Heydər Əliyev o qədər dahi bir şəxsiyyət olmuşdur ki, mən onun Xızır Peyğəmbərlə oxşar cəhətlərini çox görürəm. Baxın Qurani Kərimdə deyilir ki Xızır Peyğəmbər ayağını hara atsa hara getsəydi orda hərkəsin dadına yetişir güllük çiçəklik firavanlıq olur bu sözlərin qarşısında biz 1993cü ilə qədərki Azərbaycanımızada baxsaq və indiki Azərbaycanımıza baxsaq görərik ki məhz Heydər Əliyev gəldikdən sonra Azərbaycanda siyasi əminamanlıq başladı və günü gündən çiçəkləndi. 1993 cü ilə qədər Azərbaycan dünya arenasında daxili çəkişmələri, böhranı, sərhədlərinin pozulması, müharibə şəraitində olan bir dövlət kimi tanınırdı.1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Xalqın təkidi, istəyi, xalqın birliyi öz xilaskarını 1993-cü ildə Bakıya çağırdı.Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular və o zamandan etibarən ölkədə siyasi əmin amanlıq, rifah çiçəklənmə başladı.Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Bunu tək bir sözlə əfadə etmək olar ki Heydər Əliyev Azərbaycanın XIZIRI oldu!

XƏBƏR LENTİ