Allahşükür Paşazadənin Karlovı Varıda biznesi üzə çıxdı - FOTOLAR

14 Sentyabr 2017, 11:01
AAA
Allahşükür Paşazadə Çexiyada özünə mülk alıb, böyük biznes qurub

Şeyximizin də kurort cənnəti hesab olunan Karlovı Varıda biznesi var. Bundan əvvəl bir çox azərbaycanlı məmurların da bizneslərini Çexiyaya daşıdıqları haqda məlumatlar yayılıb. Belə görünür ki, şeyx də məmur-oliqarxlardan geri qalmır. 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin müxtəlif biznes sahələri ilə əlaqələri haqda bu günə qədər xeyli məlumat olub. Əsasən ölkəyə ixrac olunan tərəvəz məhsullarının Allahşükür Paşazadənin inhisarında olduğu bilinirdi. Allahşükür Paşazadə bir qayda olaraq belə məlumatlara münasibət bildirmir, bildirəndə isə ortaya sübut qoyulmasını istəyir.

Onun bu sıradan olan açıqlamalarından birindən sitat: "Bəzən mənim adımı şüşə, armatur, alma, soğan və kartof biznesi ilə məşğul olan şəxs kimi hallandırırlar. Bunların heç biri həqiqətə uyğun deyil. Bir şey haqqında danışanda ortaya sübut qoymaq lazımdır”.

 
Sosial şəbəkələrdə Allahşükür Paşazadənin Çexiyada biznesinin olduğu haqda məlumatlar yayılıb. Həmin məlumatlardan birində fotolar, Çexiyanın müvafiq qurumlarının reyestr məlumatları təqdim olunur.

Sitat: "Marketa Şpişakova adlı bu çex qadın Şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı ”Aynur KV" şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər.

 
"AYNUR KV” qrupu avtomobillərin lizingi və kirayəsi, daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur. MMC kimi Skroupova, 36001, Karlovy Vary ünvanında qeydiyyatdan keçib. Aylıq gəliri 1 milyon kron göstərilir (təxminən 100 min manat). İkinci şəkildəki isə Şeyxülislamın Karlovı Varıda həmin şirkətin adına aldığı villasıdır".
 
 
 
Qeyd edək ki, A.Paşazadənin, onun deputat qardaşının adı bundan əvvəl ölkə daxilində qurulan daha bir biznes layihəsindən doğan mübahisədə hallanırdı. Məsələnin mahiyyəti bu idi ki, Müğdət Həşimov Paşazadələrlə birgə fəaliyyət haqda müqavilə imzalamışdı. Müqavilə üzrə M.Həşimov Paşazadələrə məxsus "Medi-Sina” klinikasını işlətmiş, sonradan tərəflər arasında mübahisə yaranmışdı.
 
Bundan sonra Paşazadələrin yaxın adamı, "Hacı Mazan” kimi tanınan Ramazan Zeynalov dövriyyəyə girib və onun iddiası əsasında M.Həşimov həbs olunub. Bir müddət əvvəl isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. İtthama görə, Paşazadələrə məxsus "Medi-Sina” klinikasına avadanlıqların alınması məqsədilə ayrılmış vəsaitdən 193 min manatın mənimsənilməsində ittiham olunan Müğdət Həşimov özünü təqsirli bilmir. 

Yayılmış son məlumatlarla bağlı Paşazadələrin mövqeyini öyrənməyə cəhd etsək də, alınmadı. Bununla belə, onların da mövqeyini dərc etməyə hazırıq
///musavat.com




Oxunma sayı : 7277

SON XƏBƏRLƏR
Azərbaycanda 12 yaşında zorlanan qız danışdı: “Məktəbin ayaqyolusunda…” – VİDEO - 25 Sentyabr 2017, 11:50
Sabunçudakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi – FOTO - 25 Sentyabr 2017, 11:40
Türkiyə İraqla sərhədi bağladı - 25 Sentyabr 2017, 11:34
Bakıda transseksuallara qarşı niyə əməliyyat keçirilir? - Nazirlik səbəb açıqladı - 25 Sentyabr 2017, 11:25
Tanınmış həkim-kosmetoloq Elnarə Rzayevadan 3 möhtəşəm maska - PULSUZ EVDƏ GÖZƏLLƏŞİN (VİDEO) - 25 Sentyabr 2017, 10:54
Bu ərazilərdə su olmayacaq - DİQQƏT - 25 Sentyabr 2017, 10:52
11 yaşlı qızı zorlayan azərbaycanlı həbs edildi - 25 Sentyabr 2017, 10:46
Bakıda 48 yaşlı kişi özünü turnikdən asdı - 25 Sentyabr 2017, 10:22
Akif Əlinin Lütfi Zadəni təhqir etməsinin ilginc səbəbləri - VİDEO - 25 Sentyabr 2017, 10:19
Ordumuz iriçaplı pulemyotlardan atəşə tutuldu - 25 Sentyabr 2017, 09:44
Elza tənqid olunduğu müsabiqədən getdi - 25 Sentyabr 2017, 09:38
Bakı metrosunda cinayət — Girişdə gənc oğlanı bıçaqladılar + FOTO - 25 Sentyabr 2017, 09:26
Zaqatalada meşə yanğını söndürülüb - 25 Sentyabr 2017, 09:13
Neft ucuzlaşıb - 25 Sentyabr 2017, 09:02
Türkiyədə silkələndi - 24 Sentyabr 2017, 21:33
İmişlidə iki avtomobil toqquşub - 24 Sentyabr 2017, 16:42
Erməni deputatlar Bakını gəzdilər - Fotolar - 24 Sentyabr 2017, 16:14
22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı - 24 Sentyabr 2017, 15:45
"Həmişə mənə nümunəsən" - qızından Aygünə - 24 Sentyabr 2017, 15:09
Bakıda telekanal rəhbəri türkiyəli aparıcı ilə evləndi - Fotolar - 24 Sentyabr 2017, 14:19
Bakıda gecə klubunda 24 yaşlı qızı döydülər - 24 Sentyabr 2017, 13:33
DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir - 24 Sentyabr 2017, 13:08
Ata avtobusdan düşüb qaçan 17 yaşlı qızını axtarır - 24 Sentyabr 2017, 13:06
" Gənclərin səhv yollara düşməməsi üçün müvafiq işlər aparılır" - DTX rəisi - 24 Sentyabr 2017, 12:58
Prezident Neftçala rayonunda - 24 Sentyabr 2017, 12:49
Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı - 24 Sentyabr 2017, 12:35
Tovuzda iki avtomobil toqquşdu - Yaralılar var - 24 Sentyabr 2017, 12:31
Bakıda bacısı ilə yazışan oğlanı görüşə çağırdı, doğradı - 10 il həbs tələb olunur - 24 Sentyabr 2017, 12:01
Deputatın oğlunun toyunda maraqlı hadisə - Gecikən məmura görə toyu 3 saat gec başlatdı - 24 Sentyabr 2017, 11:29
Bakıda gecə klubunda iranlı turistin başına oyun açdılar - 24 Sentyabr 2017, 11:17
Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix açıqlandı - 24 Sentyabr 2017, 10:41
Bakıda restoranda dava - 24 Sentyabr 2017, 10:26
44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə - 24 Sentyabr 2017, 10:13
Bakıda məşhur restoranda ölüm - 24 Sentyabr 2017, 10:09
Masallıda həbsdən yeni çıxan kişi öz evini yandırdı - 24 Sentyabr 2017, 10:04
Cəbhədə gecə təxribatı: rayonlarımız atəşə tutuldu - 24 Sentyabr 2017, 09:56
Qənirə Paşayeva Kırşehirdə konfrans verdi - 23 Sentyabr 2017, 21:51
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başladı - 23 Sentyabr 2017, 21:39
Baş nazirə ağır itki - 23 Sentyabr 2017, 20:52
Xoşqədəm vəfat edən qardaşı haqda: "Kaş həyatda olardın" - 23 Sentyabr 2017, 17:44
BŞBPİ-dən Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama - 23 Sentyabr 2017, 17:32
Milyarderlərin dəbdəbəli villaları - FOTOLAR - 23 Sentyabr 2017, 17:18
Paytaxtda 11 dilənçi saxlanıldı - 23 Sentyabr 2017, 17:11
Gədəbəydə dəhşətli qətlin təfərrüatları - 23 Sentyabr 2017, 17:08
Bakıda 9 yaşlı qızı zorlayana hökm oxundu - 23 Sentyabr 2017, 14:42
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10