11:44 çərşənbə, 21 Avqust 2019
İDMAN

Alleqri "Yuventus"dan gedir - Qərar verildi

13:18, 09.05.20193465
Alleqri
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri bu mövsümün sonu Turin klubunu tərk edəcək.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb. Bildirilir ki, klub prezidenti Andrea Anelli ilə transfer kampaniyasının müzakirəsi zamanı bu qərar verilib.

Nəşr yazıb ki, italiyalı mütəxəssis PSJ-yə keçməyi planlaşdırır. Onu "Yuventus"da Antonio Kontenin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, M.Alleqri 2014-cü ildən İtaliya təmsilçisini çalışdırır. Onun komandası bu mövsüm ölkə çempionluğunu təmin edib. "Yuventus" Çempionlar Liqasında isə 1/4 final mərhələsində "Ayaks"a uduzaraq mübarizəni dayandırıb.
XƏBƏR LENTİ