18:18 çərşənbə, 12 Dekabr 2018
DÜNYA

Almaniyada qaçqınların qəbulu qaydaları sərtləşdirildi

18:51, 10.11.20184799
Almaniyada qaçqınların qəbulu qaydaları sərtləşdirildi
Almaniyada qaçqın statusu almaq üçün müraciət edənlər sənədlərin yoxlanılması prosesində fəal iştirak etməlidirlər.

Almaniya parlamenti bununla bağlı müvafiq qanun layihəsi qəbul edib. Bu qərarı iqtidar koalisiyası, habelə Liberal Azad Demokratik Partiyası (LADP) və sağ təmayüllü "Almaniya üçün Alternativ” partiyası dəstəkləyiblər. Solçular Partiyası və "İttifaq 90”/Yaşıllar” qanun layihəsinin əleyhinə səs veriblər.

İndiyədək Federal Miqrasiya və Qaçqınlar İdarəsi ilə əməkdaşlıq yalnız sığınacaq verilməsi üzrə müraciətə baxılması müddətində tələb olunurdu, lakin sonradan qaçqın statusu ilə bağlı qəbul olunmuş qərarın qanunvericiliyə uyğun olub-olmaması müəyyən edildikdə buna ehtiyac duyulmurdu.

Yeni qanunvericiliyə görə isə hətta qaçqın statusu alanlar da üç il davam edə biləcək yoxlama müddətində hakimiyyət orqanları ilə yaxından əməkdaşlıq etməli və onların tələb etdikləri sənədləri təqdim etməlidirlər. Əks halda miqrantları cərimələr və həbs cəzası gözləyir.
XƏBƏR LENTİ