03:29 Bazar Ertəsi, 18 Dekabr 2017
İQTİSADİYYAT

“AMAY” Beynəlxalq Bankı məhkəməyə verdi

10:40, 05.12.2017177
“AMAY” Beynəlxalq Bankı məhkəməyə verdi
"A.M.A.Y. Holding” MMC "Azərbaycan Beynəlxalq Bankı” ASC-ni məhkəməyə verib.
 
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC cavabdehin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və ödənilməmiş icarə haqqının tutulması barədə tələb irəli sürüb.
 
Məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarıb. Həmin qərardaddan narazı qalan "A.M.A.Y. Holding” MMC apellyasiya şikayəti verib.
 
Bakı Apellyasiya Məhkəməsi MMC-nin apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərardadı dəyişdirmədən qüvvədə saxlayıb.
0
XƏBƏR LENTİ