13:35 Cümə, 17 Avqust 2018
KÖŞƏ

Ana, görmürsən məni parçalayırlar?

15:47, 18.12.201417513
Ana, görmürsən məni parçalayırlar?
Türkan Turan
Bir daha düşün!
İyul ayının ortasıdır. Çöldəki kimi bura da istidir. Amma gözəldir. İnanılmaz bir rahatlıq var. Yeni gəlmişəm, elə bu gün. Möhtəşəm hisslər keçirirəm. Varlığımı hələ bilən yoxdur. Bir tum qədər kiçik embrionam. Sadəcə başım və bədənim var. Eybi yox, əsas budur ki, mövcudam. Hər halımla gözəl olmağı, özümə güvənməyə elə burdan başlasam yaxşıdır. Bu mənə yetir. Bədənim mövcud deyil. Nə üzüm yoxdur, nə əlim, nə ayağım. Sadəcə varlığımı və gözəl biri olacağımı bilirəm. Yaz fəslində dünyaya gələcəm, çiçək kimi açacam. Yəqin ki, bu aprel ayı olacaq.
Üstündən 2 həftə keçib. Ölçüm 6 mm-dir. Yavaş-yavaş böyüyürəm. Hərəkət edə bilsəm, əla olardı. Varlığım gözəl hissdir, ancaq xəbərsiz halda burada olmaq narahat edir məni. Anam da mövcudluğumu bilmir. Ondan xəbərsiz, qanı ilə bəslənirəm. Məni sevəcək ilk qəlbin döyüntülərini hiss edirəm. Bu başqa duyğudur. Anamı hiss etmək məni xoşbəxt edir. Ürək döyüntüsü layla kimi gəlir mənə. İnanıram, bu cür gözəl qəlbli ana üçün sürpriz olacam.
İlk ayın, son günlərindəyəm. Bir az da böyümüşəm. 12 mm-ə qədər uzanmışam. Yavaş-yavaş üzümdə bir hərəkət hiss edirəm. Deyəsən, üzüm-gözüm formalaşır. Təsəvvür edirsiniz, düz 9 ay sonra bu üzlə insanlara təbəssüm edəcəm, hər kəs üzümün gözəlliyini görmək üçün bizə yığılacaq?! Şəkillərim çəkiləcək, evin ən gözəl yerini gözəl üzlü şəkillərim bəzəyəcək. Kim bilir, bəlkə də bu dilim-dodağımla ik olaraq elə ana deyəcəm?! Ana, eşidirsən məni? İk olaraq səninlə danışacam. Sənə təbəssüm edəcəm.
Ah, nəhayət ki, yeni aydayıq. Bu gün sevincliyəm. İçimdə qəribə bir hərəkət başladı. Artıq ürəyim var. Dəqiqədə 150 dəfə döyünür.  Və ölənə qədər də bu belə davam edəcək. Sevgi ilə dolduracam qəlbimi. Ürəyimi pisliklərdən uzaq tutacam. Yəqin ki, anam bədənində iki ürəyin döyündüyünü bilsə xoşbəxt olardı. Bir az da səbr edim, necə olsa bu günlərdə öyrənəcək. Sinir sistemimdə inkişaf etməyə başlayır. Ümid edirəm əsəbləşəcəyim nəsə olmayacaq.
Yeni ayın ilk həftəsini geridə qoydum. Hər gün bir az böyüyürəm. Qollarım və ayaqlarım yaranmağa başladı. Sümüklərimin də sərtləşdiyini hiss edirəm. Qollarımla insanlara qucaq açacam. Onları sevəcəm. Bu ayaqlarla ilk addımlar atacam. Gəzəcəm, qaçacam. Yəqin ki, ilk addımlarımı da elə anamla atacam. Bunları düşünmək məni çox həyəcanlandırır. Yaddan çıxmadan bunu deyim, qığırdaq toxumlarım da yaranmağa başladı. Demək mahnı oxuyacam. Ya da gözəl şeir dedim. Yaxşısı budur elə anama səslənim.
Yeni ayın ikinci həftəsini yaşayıram. Aha, bunlar nədir belə? Necə də gözəldirlər. Artıq barmaqlarım var. Çox xoşbəxtəm. Görəsən ilk əlimdən tutan kim olacaq? Hər halda anam olar. Vaxt irəlilədikcə suallarım daha da çoxalır-həyata, insanlara dair. Bircə burdan çıxsaydım! Artıq hərəkət edirəm. Davamlı olaraq yer dəyişirəm, ancaq anam bundan xəbərsizdir. 3 sm-ə qədər böyüdüm. Çiyələk boydayam.
Növbəti həftədəyəm. Bu gün hər zamankından daha da xoşbəxtəm. Nəhayət ki, anam həkimə gedib. Burada olduğumu öyrəndi. Ürək döyüntülərimi dinlədilər. Hətta ilk şəklim çəkildi. Sevincliyəm. Buradan çıxmağıma az qaldı, demək ki...Təsəvvür edirsiniz, şaftalı tükü kimi saçlarım çıxmağa başlayıb. Anacan, darğımı da hazırla.
Yeni həftə, yeni gün. Artıq atam da burda olduğumu bilir. Hələki qız olduğumdan xəbərləri yoxdur. Onlara sürpriz edəcəm. Yəqin ki, məni çox arzulayıblar. Maraqlıdır görəsən mənim üçün nəsə alıblar. Çəhrayı otaqda, çəhrayı yataqda mışıl-mışıl yatmacağım günləri iplə çəkirəm. Yaxın vaxtlarda hazırlıqlara başlayacaqlar. Necə olsa artıq burda olduğumu bilirlər.
Üçüncü aya keçdim. Bu gün üzüm tamamlandı. Artıq gözüm, burnum, dodağım, yanağım var. Gözələm. Deyəsən anam bənzəyirəm.
Üçüncü ayın ilk həftəsini geridə qoydum. Qaranlıq olsa da artıq ətrafa baxa bilirəm. Amma yenə də xoşbəxtəm. Yaşayıram və varam. Qısa müddətdən sonra gün üzünə çıxacam. Anamı, atamı görəcəm, tanıyacam. 
Üçüncü ayın, ikinci həftəsindəyəm. Bu ay 2 dəfə böyüyərək 6 sm olmuşam. Artıq qulaqlarım eşitməyə başlayıb. Anamın ürək səslərini aydın eşidirəm. Hətta səsini belə tanıya bilirəm. İlahi, necə də gözəl səsdir. Layla kimidir. Kiçicik ruhuma gül kimi səpilir, bu səs... Az qalıb, qollarında yatmağıma, bədəninə toxunmağıma, nəfəsini duymağıma... Məni sevdiyini bilirəm, səni çox sevirəm.
Üçüncü ayın, üçüncü həftəsindəyəm. Bu gün yaxşı idim. Ancaq içimdə ilk pis hissi yaşamağa başlamışam. Ana, burda nəsə baş verir. Niyə acı çəkirsən? Nə olub? Ana, ürək döyüntülərin daha da kəskinləşdi. Mənimlə niyə danışmırsan? O nə səs-küydür elə? Üzümə nəsə yad cisim toxunur. Mənə məxsus yerdə bu cismin nə işi var? Bura mənimdir axı!Ana, deyəsən qolumdan tutub çəkirlər. Ana üzümü parçalayırlar. Canım yanır ana imkan vermə. Məni sənə bağlayan damarı qopardırlar. Ana görmürsən məni parçalayırlar? Anacan...
Xanım, abort başa çatdı. Bir az özünüzə gəlin, sonra gedə bilərsiniz.
XƏBƏR LENTİ