03:36 Bazar Günü, 17 Noyabr 2019
DÜNYA

Ana telefona görə əkiz uşaqlarını satdı

10:48, 11.09.20192531
Ana telefona görə əkiz uşaqlarını satdı

Ana əkiz oğlanlarını sataraq əldə etdiyi pula özünə telefon alıb.

Çinin Çjezian əyalətində yeni doğulmuş uşaqlarını satan bir ana həbs olunub. Bu barədə "AsiaOne" saytı məlumat verib.

Əməliyyat 2018-ci ilin sentyabrında baş verib. Qadının sözlərinə görə, borc və pulun olmaması səbəbindən cinayətə əl atıb. Uşaqların atası onlardan imtina edib və qaçıb. Qadın nikahsız ailə qurduğu üçün valideynləri ona kömək etməyib. Ana əkizləri üçün 65 min yuan (15706 AZN) alıb.

Satılmış uşaqların atası yalnız bu hadisədən sonra geri dönüb. Kişi borclarını ödəmək üçün onu pulu bölməyə razı salıb. Pulun qalan hissəsini o, yeni mobil telefona və kredit ödənişinə xərcləyib. Polis yalnız bu yaxınlarda başqa bir işin araşdırılması zamanı baş verənləri öyrənib.

 

Həm ana, həm də satılmış uşaqların atası həbs olunub. Əkizlər Anhoy əyalətindən olan cütlükdə tapıblaraq ananın valideynlərinə təhvil verilib.

 

ölkə.az

XƏBƏR LENTİ