"Anam deyir, azərbaycanlı qızla evlənməyin"- Suriyalı tələbə

15 May 2017, 11:41
AAA
"Suriyada hicabsız qadın görməzsən. Yolla gedirsən,  hamı qapqara geyinib. Bakıda isə qızlar rəngarəngdir. Biz bura köçəndə anam da bütünlüklə qara niqab geyinirdi. Hamı  qəribə baxırdı anama. Sonra niqabını çıxartmalı oldu”.
 
AZXEBER.COM  xəbər verir ki, lent. az Azərbaycan Texniki Universitetində hazırlıq kursunda oxuyan suriyalı, 18 yaşlı Yasir Tabbaadan müsahibə götürüb.

O, artıq 16 ildir ki, ailəsi ilə Bakıda yaşayır. Ailədə 7 nəfərdirlər – atası, anası, bacısı, 3 qardaşı və özü. Özündən yaşca böyük qardaşı Azərbaycan Tibb Universitetində əczaçılıq fakültəsində təhsil alır. Bacısı isə ərəb dili məktəbində oxuyur.

Yasir deyir ki, atası Suriyada işsiz olduğu üçün bura köçmək qərarına gəliblər.

- Atam Suriyada işləmirdi. Çətin dolanırdıq.  Dostlarının köməyi ilə burda iş tapdı. İndi gündüzlər parket satır, axşamlar da taksi sürücüsü işləyir. İraqdan çoxlu turistlər gələndə atam onlara şəhəri gəzdirir. Normal dolanırıq, çətinliklərimiz də olur. Burda taksidən istifadə edənlər də azdır. Yəqin, taksi bahadır deyə minmirlər. Bir dəfə də atama hədə-qorxu gəlib telefonunu oğurlamışdılar.  Anam məktəbdə ərəb dili müəlliməsi işləyir.  Bakıda yaşamaq rahatdır. Nəqliyyat o qədər baha deyil, metro var, hər yerə gedirsən. İnsanlar adama çox kömək edirlər.  

"Birdə gördün yuxarıdan zibil atdılar ya da su damcılayır...”

Yasirgil 16 ildir, kirayədə yaşayırlar. Müsahibimiz bizimlə qonşularından da danışır.

- Qonşularımızla elə də ünsiyyətimiz yoxdur. Anam da dili bilmir deyə heç kimlə danışmır. Əvvəl başqa yerdə birinci mərtəbədə qalırdıq. Bir ay yaşadıq cəmi. Onda qardaşlarım balaca idi. Qonşular şikayət etdi ki, uşaqlar səs salır. Polis çağırdılar, çıxartdılar bizi evdən. Arada olurdu, yuxarıdan başımıza zibil tökürdülər. Birdə görürdün su damcılayır. Qonşular arasında belə problemlər olur. ( gülür)

"Dedim, niyə gülürsən, hələ təzə öyrənirəm də...”

Yasir Azərbaycan dilini səlis bilir. Amma bura təzə gəldiyi  vaxtlarda o da danışığı ilə gülüş obyekti olubmuş.

- İki yaşımdan burdayam. Azərbaycan dilini dostlarımla ünsiyyət zamanı öyrənmişəm. 5-6 yaşım olardı, dili hələ bilmirdim. Həyətdə qardaşımla top oynayırdıq. Bir oğlan da gəlib bizimlə oynadı.  Qapısına qol vurduq, xoşuna gəlmədi. Dalaşdıq. Sonra getdi. Birdə gördük ki, oğlanları yığıb gətirib üstümüzə.  Bildik ki, davaya gəlib, tez qaçdıq evə. İndi həmin oğlanla dostuq. Suriyalı olduğum üçün məni itələyən, münasibət qurmaq istəməyənlər olurdu. Bir dəfə Azərbaycan dilində pis danışırdım deyə, uşaqlar məni lağa qoydular. Xətrimə dəydi. Pis oldum. Soruşdum, niyə gülürsən ki, hələ öyrənirəm də. Deyir, gülməlidir, neyləyim?

Evdə ancaq atamla mən Azərbaycan dilini bilirik. Atam rus dilində də danışır. Qardaşım ingilis dilində təhsil alır, bacımla anam ərəb dilində danışırlar. Mən də ingilis və Azərbaycan dillərini bildiyim üçün rus dilini də öyrənmək qərarına gəldim. Dil bilmək mənə lazım olacaq. 

"Elə qızla evlən ki, nə danışdığını başa düşüm...”

 - Anam Azərbaycan dilini başa düşmür deyə, bizə də tapşırıb ki, azərbaycanlı qızla evlənməyin. Soruşuram, niyə?  Deyir, istəyirəm elə gəlin olsun ki, nə danışdığını başa düşəm.  Yoxsa hər kəs öz istədiyini danışacaq, aləm qarışacaq bir-birinə (gülür). Yəni anam razı deyil azərbaycanlı qızı sevib almağımıza. Deyir ki, gedəcəyik  Suriyadan evlənəcəksən. Atam isə kimi sevsəm, onunla evlənməyimə razıdır. Amma hələ bu haqda düşünməmişik. Qərar verməmişəm, gedib orda evlənəcəyəm, ya burada.

"....bilmirik, dağıdıblar, ya hələ də durur”

Yasirin ana tərəfdən bütün qohumları hələ də Suriyada yaşayır. Bura gəlmək istəsələr də, evlərini qoyub gələ bilmirlər. Hələ də ümidləri var ki, Suriyada vəziyyət yaxşılaşacaq.

- İndi Suriyada xalalarım, dayılarım, nənəmgil qalır. Hər gün təhlükə altında yaşayırlar. Çox qorxurlar. Anam onlar üçün çox narahatdır. Neçə dəfə deyib ki, köçün gəlin bura. Amma "evimizi buraxıb gələ bilmərik. Birdən gələrik, bu ev də əlimizdən çıxar” deyirlər.  Hələ də ümidləri var ki, vəziyyət yaxşılaşacaq. Həm də pulları yoxdur bura gəlməyə.  Orda təhsil də yaxşı deyil. Dayım uşaqları məktəbə gedir, müharibəyə görə bir gün dərs olur, iki gün olmur. Anam gündə neçə dəfə telefonla onlarla əlaqə saxlayır. Çox darıxmışam onlar üçün. Bizim də orda evimiz var, amma bilmirik, indi dağıdıblar, ya hələ də qalır. Axırıncı dəfə 7 yaşımda getmişdim ora.  Suriyada vəziyyət yaxşı olsa, təhsilimi bitirib gedərəm.

"Axşam 10-dan sonra çölə çıxmaq olmaz”

- Atamgil axşam saat 10-dan sonra  bayıra çıxmağa icazə vermir. Deyirlər ki, biz burda qonağıq, davranışlarınıza da diqqət edin.

Bacımın bir rəfiqəsi var, bir-birinin evinə gedib gəlirlər. Amma tək harasa gedib gəzməyinə icazə vermirik. Suriyada qızın tək harasa getməsi qəbul edilmir. Burda fərqlidir. İlk dəfə şəhərdə tək gəzən qız görəndə bizə qəribə gəlirdi. Qardaş olsam da, bacımın işinə qarışmıram. Atam var, nə lazımdırsa, o deyir. Bacımın azərbaycanlı oğlanla evlənməyinə gəlincə isə əsas adamdır. Yaxşı adam olsa, niyə də olmasın?!

"Azərbaycan yeməklərini yeyə bilmirəm”

Yasir bizim mətbəxin yeməklərini elə də xoşlamadığını etiraf edir.

- Burda bir-iki dəfə dostlarımın evinə qonaq getmişəm. Azərbaycan yeməklərini xoşlayıram, amma biz bu cür yeməkləri yemirik, çox xoşumuza gəlmir. Bilmirəm, niyə?! Bir dənə dolmanı bəyənmişəm, bir də vermişel. Sizin yeməkləri elə də bəyənmirəm.

Artıq neçə ildir burda olsaq da, anam hələ də Azərbaycan mətbəxini öyrənə bilməyib.

Evdə ərəb yeməkləri bişirir.

"Suriyada yanında qızla yol getdinsə, döyürlər”

- Suriyada bir qızla gəzdinsə, ya hansısa qıza söz atdınsa, tutub döyürlər. Burda hələ ki elə şey görməmişəm. Bakıda oğlan qızla sərbəst gəzə bilir, danışa bilir.

Təhsilini başa vurduqdan sonra kompüter mühəndisi olmaq istəyən Yasir burda sülh şəraitində və azad yaşadıqları üçün çox rahatdır .

Oxunma sayı : 36627

Loading...
SON XƏBƏRLƏR
Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb - 18 Avqust 2017, 20:15
Prezidentdən 4 qəsəbəylə bağlı sərəncam - 5,78 milyon ayrıldı - 18 Avqust 2017, 19:11
Zaqatalada ev yanıb - 18 Avqust 2017, 19:06
"Dənizdə hicabla çimmək düzgün deyil" - Hacı Şahin - 18 Avqust 2017, 17:55
Ağdaşda güclü yanğın: xəsarət alanlar var - 18 Avqust 2017, 17:48
Prezident Xəzər rayonuna pul ayırdı - 18 Avqust 2017, 17:34
22 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi - 18 Avqust 2017, 17:22
Dolların qarşıdakı üç günə olan məzənnəsi açıqlandı - 18 Avqust 2017, 17:16
Çağırışa gedən təcili tibbi yardım həkimi döyüldü - 18 Avqust 2017, 17:05
Yüksək vəzifəli məmur vəfat etdi - 18 Avqust 2017, 16:34
Tələbə qızdan əl çəkməyən 8 uşaq atası: "Bir gün məndən yazacaqlar" - 18 Avqust 2017, 16:16
Gənclər təşkilatı Aran regionunda intellektual birinciliyə start verdi - 18 Avqust 2017, 15:44
"Yayılan sənədlər saxtadır" - Müdafiə Nazirliyindən Ermənistana cavab - 18 Avqust 2017, 15:20
Prodüser Təranə: "Renka sevgilisinə xəyanət edirdi" - 18 Avqust 2017, 15:16
Keçmiş MTN generalı: “Heç kimdən pul almamışam” - 18 Avqust 2017, 14:47
"Arvadımı başqası ilə gəzdiyi üçün öldürdüm" - Göygöldə arvadını və qaynanasını öldürən - 18 Avqust 2017, 14:33
Ərəb qadının "Park Bulvarda" başına gələnlərlə bağlı AÇIQLAMA - 18 Avqust 2017, 14:29
Sürücülərin nəzərinə: “Led” işıqları təhlükəlidir - 18 Avqust 2017, 13:43
Ərdoğan Azərbaycana gələcək - 18 Avqust 2017, 13:21
"Mahir Mədətov yaxşıdı, Əfran isə..." - Bakı sakinləri Azərbaycan futbolundan danışdılar (VİDEOSORĞU) - 18 Avqust 2017, 13:05
Qubada iki övlad atası baltalandı - 18 Avqust 2017, 12:57
Əflatun Amaşov “Turan”dakı yoxlamalardan danışdı - 18 Avqust 2017, 12:54
Baş nazirin müavini Əli Həsənovun həbsdəki nəvəsinin işində şok gəlişmə - özü payızda könüllü istefa verəcək - 18 Avqust 2017, 12:34
Arvadını və qaynanasını öldürən şəxs təslim oldu - Göygöldə dəhşət - 18 Avqust 2017, 12:30
Renkadan Təranəyə cavab: "O qadın o bədəni ilə dənizə girəndə adam utanır” - 18 Avqust 2017, 12:17
Azərbaycanda sevgilisi ilə atasına yaxalanan qız onu bıçaqladı – VİDEO - 18 Avqust 2017, 12:14
İş adamının oğlu "Range Rover"lə qəzaya düşdü – 1 ağır yaralı - 18 Avqust 2017, 12:07
Bakıda təcili tibbi yardım xidmətinin işində ciddi nöqsanlar aşkar olunur - 18 Avqust 2017, 11:59
Barselona terrorunda ölən və yaralananlar arasında azərbaycanlı var? - RƏSMİ - 18 Avqust 2017, 11:56
Sumqayıtda küçə itləri zərərsizləşdirilir - Əməliyyat başladı - 18 Avqust 2017, 11:48
Millət vəkilinin bacısı qəzaya düşdü: yaralılar var - 18 Avqust 2017, 11:32
Azərbaycanlılarla taciklər arasında qanlı dava: Onlarla yaralı var - 18 Avqust 2017, 11:25
"Uşağımı qəbul edən biri olsa, ərə gedərəm" - Şahin Zəkizadənin xanımı - 18 Avqust 2017, 11:17
Ramil Quliyevin ukraynalı xanımı - FOTOLAR - 18 Avqust 2017, 11:08
Neymar və Ronaldudan Barselona teraktı ilə bağlı paylaşım - FOTO - 18 Avqust 2017, 10:59
Azərbaycanda hakim vəfat etdi - 18 Avqust 2017, 10:49
ENOC ABŞ-ın sanksiyalarına baxmayaraq, İrana növbəti neft tədarükünü həyata keçirib - 18 Avqust 2017, 10:36
Göygöldə dəhşət: İki qadın amansızlıqla qətlə yetirildi - 18 Avqust 2017, 10:31
Bakıda qadın gecə klubunda döyüldü - 18 Avqust 2017, 10:26
Öldürülüb quyuya atılan 6 günlük körpə ilə bağlı iddia - "Mələyi nənəsi öldürməyib" - 18 Avqust 2017, 10:20
Nailin qəza törətməsini Şahverdiyev gizlədib? - RƏSMİ AÇIQLAMA - 18 Avqust 2017, 10:15
Dənizdə batan iki gəncin meyiti tapıldı - 18 Avqust 2017, 10:10
Avtoritetlər Lənkəranskiyə görə toplaşır - 18 Avqust 2017, 10:03
Bakıda bacı-qardaşı öldürən şəxs: "Anasının qışqırıq səsinə qızı evdən çıxdı" - 17 Avqust 2017, 18:00
Sabah Boliviyanın XİN başçısı Azərbaycana gələcək - 17 Avqust 2017, 17:46
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10