10:38 Cümə, 06 Dekabr 2019
GƏNCLİK

"Anlamaq lazımdır ki, uşaqların beyni ağ kağız kimidir"

13:49, 28.06.20195250
Nəzərbəy Hacıağayev

Bu gün uşaqların internet təhlükəsizliyi ən aktual məsələlərdəndir. Günümüzdə bu məsələyə bir çox ölkələr həddindən artıq çox çiddi yanaşır. Ancaq ölkəmizdə bu məsləyə həm cəmiyyət olaraq həm də fərd olaraq yanaşmalar o qədər də arzuolunan və yüksək səviyədə deyil. Bir çox ölkələrdə internet üzərində yayılan videoçarxlar və video oyunlar qadağan olsa da bizdə valideyinlər bu qadağalara fikir vermirlər.
 
Müasir analar öz yükünü azaltmaq və asudə vaxtlarını çoxaltmaq üçün azyaşlı uşağın əlinə smartfon və ya internetə qoşulu olan hər hansısa bir cihaz verir. Ancaq anlamaq lazımdır ki, uşaqların beyni ağ kağız kimidir. Bəzi oyun və video çarxlar onlara mənfi təsir edə bilər. Bu təsiri bəzən biz sadə baxışla görmürük. Bu təsir özünü şüuraltı vəziyyətdə göstərir. Mən sizə deyim ki, şüuraltı təsir fiziki təsirdən qat-qat ağır fəsadlara səbəb olur.
 
Çünki onun simptonları erkən zamanlarda sadə gözlə və müqaisə ilə görmək olmur. Bu sonradan həmin uşağın böyüdükdə hərəkətlərində və davranışlarında özünü biruzə verir. Qərb tərəfindən hazırlanan bu video çarxlar və video oyunların əsas məqsədi şərqdə xüsusilə milli mental dəyərlərin yüksək olduğu ölkəmiz kimi ölkələrdə şüursuz və mental dəyərlərdən arılanmış şəxslər formalaşdırmaqdır.
 
Bu da sonra dövlətə və dövlətçiliyə, ölkənin əhalisinə vurulan bir ziyandır.

XƏBƏR LENTİ