16:39 çərşənbə, 26 Sentyabr 2018
MARAQLI

"Apple"dan tarixi etiraf: Smartfonlar qüsurludur

18:54, 10.11.2017926
"Apple" şirkəti yeni "iPhone X" smartfonlarında qüsurların olduğunu etiraf edib.
  
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, şirkət soyuq havada sensorlu ekranın toxunuşlara reaksiya vermədiyini bildirib.
 
Qeyd olunur ki, daha öncə istifadəçilər sıfır dərəcəyə yaxın hava şəraitində telefonun ekranının işləmədiyini bildiriblər. Bundan sonra "Apple" şirkəti bu qüsurun mövcud olduğunu etiraf edib.
 
Şirkət bu problemin növbəti yenilənmə zamanı aradan qaldırılacağını bəyan edib.
XƏBƏR LENTİ