05:48 Bazar Ertəsi, 23 Iyul 2018
GƏNCLİK

"Aprel zəfəri Böyük Qayıdışın başlanğıcı” adlı tədbir keçirilib - VİDEO

15:23, 04.04.20187765

"Aprel zəfəri Böyük Qayıdışın başlanğıcı” adlı tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə "Loqos” PNİM və PXTİB-nin rəhbəri Təranə Məmmədova, ASGA-nın sədri, "Şəhidliyin Rahim Tağıyev Zirvəsi” layihəsinin rəhbəri Səbuhi Abbasov, interpress.az saytının rəhbəri Toğrul Allahverdiyev, ASGA-nın sədr müavini Tural Əhmədov, gənc alim Cahid İsmayıloğlu, ARB 24 kanalının çəkiliş qrupu və fəal gənclər iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himni ilə açıq elan olunub və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər "Loqos” PNİM və PXTİB-nin rəhbəri Təranə Məmmədova və ASGA-nın sədri, "Şəhidliyin Rahim Tağıyev Zirvəsi” layihəsinin rəhbəri Səbuhi Abbasov aprel zəfəri haqqında çıxış edərək bildiriblər ki, Böyük Qayıdışa Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlanılır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin hər zaman səsləndirdiyi "Biz işğal olunmuş torpaqlarımıza qayıdacağıq və Azərbaycanın bir qarış torpağı belə işğal altında qalmayacaq” - qətiyyətli fikri artıq reallaşır. 2016-cı il şanlı aprel döyüşlərində Azərbaycanın bu qələbəsi xalqımız, xüsusən də məcburi köçkünlər üçün xoş müjdə olmaqla bərabər, ölkə vətəndaşlarında dövlətimizə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə və qüdrətli ordumuza inamı, etibarı daha da gücləndirib! Bu, həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində atılan mühüm bir addımdır!

Çıxışlardan sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA), Gənclər Fondunun maliyyə dəstəyi və ARB24 kanalının texniki dəstəyi ilə reallaşan "Aprel döyüşlərinin tank komandiri: ŞƏHİDLİYİN RAHİM TAĞIYEV ZİRVƏSİ” adlı qısametrajlı sənədli filmin nümayiş edilib.

 

XƏBƏR LENTİ