19:58 Cümə, 20 Iyul 2018
İDMAN

Araz Abdullayev gecə klubuna getdi, azarkeşlər kəskin etiraz etdi - VİDEO

23:31, 16.04.20188722
Araz Abdullayev gecə klubuna getdi, azarkeşlər kəskin etiraz etdi - VİDEO

Kiprin "Anortosis” klubunda çıxış edən milli komandamızın üzvü Araz Abdullayev gecə klubunda görünüb.

AZXEBER.COM Sportal.az-a istinadən xəbər verir ki, Abdullayev ölkə çempionatının 32-ci turunda AEK-lə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra əylənməyə gedib.

O, komanda yoldaşları - Daniyel Pranyiç, Ruben Rayo və Qordon Şildenfeldlə birgə olub. Şildenfeld şəxsi İnstaqram hesabından diskotekadan video paylaşıb.

Azarkeşlər futbolçuların heç-heçə etdiyi görüşdən sonra əylənməsinə kəskin şəkildə etiraz ediblər. Qeyd edək ki, Araz müqavilə ilə "Qəbələ”yə məxsusdur.
 

XƏBƏR LENTİ