07:56 Cümə Axşamı, 18 Yanvar 2018
İDMAN

Arda Turan od püskürdü: "Məni rahat buraxın"

11:03, 08.01.2018422
Arda Turan od püskürdü:
Son günlərdə "Barselona"dan ayrılaraq Türkiyənin "Başakşehir" klubu ilə müqavilə imzaladığı deyilən Arda Turan gündəmdən düşmür. Futbolçu kariyerası haqqında yalan-yanlış xəbərlər yazan saytları tənqid edib.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, futbolçu Arda Turan Türk mətbuatında yayımlanan xəbərlərdən hiddətlənib. "Mən heç vaxt Terim ilə işləmərəm" başlıqlı xəbərə aydınlıq gətirib.

Təcrübəli futbolçu özünün "tvitter" səhifəsində yazıb:

"Mətbuatda yayılan xəbərlər yalandır, iftiradır. Mən elə açıqlama verməmişəm. Əziz böyüyüm Mehmet Ağarla bizim aramızda belə bir danışıq olmayıb. Bu, sizin xəyal dünyanızın məhsuludur. Reytinq uğruna yaydığınız yalan-yanlış xəbərləri lütfən özünüzə saxlayın və məni rahat buraxın".
0
XƏBƏR LENTİ