04:42 Cümə Axşamı, 20 Sentyabr 2018
İDMAN

Arda Turana rekord cəza verildi

20:23, 10.05.20184534
Arda Turana rekord cəza verildi
Türkiyə Futbol Federasiyasının İntizam Şurası "Başakşehir" klubunun oyunçusu Arda Turanı cəzalandırıb.

Oyunçuya rekord cəza verilib. Belə ki, onun 16 rəsmi oyuna çıxmağına qadağa qoyulub.

Xatırladaq ki, A.Turan Türkiyə Super Liqasının 32-ci turu çərçivəsində keçirilən "Başakşehir"-"Sivasspor" matçı zamanı yan xətt hakiminə kobud şəkildə etirazını bildirərək, onu itələmişdi. Hakimin qırmızı kartını görən oyunçu daha sonra isə onu yumruqla hədələmişdi.

///Qaynarinfo 
XƏBƏR LENTİ