06:48 çərşənbə, 20 Noyabr 2019
İDMAN

Ardadan həbs qərarına reaksiya: "Günahkar deyiləm, böhtandır"

16:38, 11.09.20197281
Ardadan həbs qərarına reaksiya:
"Başakşəhər"in futbolçusu Arda Turan İstanbul məhkəməsinin onun haqqında bu gün çıxardığı 2 il 8 ay həbs qərarına münasibət bildirib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, müqavilə ilə "Barselona"ya məxsus olan yarımmüdafiəçi heç bir günahının olmadığını və məhkəmənin qərarı ilə razılaşmadığını deyib:
 

"Sevinirəm ki, bütün bunlara son qoyuldu. Mən heç nədə günahkar deyiləm. Mənə böhtan atıldı. Mən peşəkaram və meydanda özümü sübut edərək ailəmin təminatına çalışıram".

Xatırladaq ki, Arda Turan ötən ilin oktyabr ayının 10-da gecə klublarını birində müğənni Berkay Şahinlə davada onun burnunu sındırıb, sonra xəstəxanada Berkaya silah çəkib və yerə atəş açıb.
XƏBƏR LENTİ