03:28 Cümə Axşamı, 18 Iyul 2019
İDMAN

“Arsenal” Bakıya Mxitaryansız gələ bilər

12:50, 10.05.20193512
“Arsenal” Bakıya Mxitaryansız gələ bilər
Avropa Liqasının finalına yüksələn "Arsenal” Bakıda "Çelsi” ilə keçiriləcək həlledici oyun öncəsi erməni futbolçusu Henrix Mxitaryanın viza problemi ilə üzləşib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, UEFA bu məsələdə London klubuna dəstək göstərir. Xəbərdə qeyd edilib ki, "Arsenal” bu oyuna Mxitaryansız çıxa bilər.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ”la oyun üçün Bakıya gətirilməyən futbolçunun bu görüşdə də meydana çıxmayacağı gözlənilir. Mxitaryanın Bakıya gətirilməsi üçün Azərbaycan hökuməti ilə danışıqlar aparılmalıdır. Yalnız Azərbaycan tərəfi icazə verdikdən sonra futbolçu Bakıya səfər edə bilər. Ancaq "Arsenal” buna görə danışıqlara getmək istəmir. Çünki London klubu futbolçunun təhlükəsizliyini nəzərə alır.

Henrix Mxitaryan 2015-ci ildə Almaniyanın Dortmund "Borussiya”sı ilə Avropa Liqasının qrup mərhələsində "Qəbələ” ilə Bakıda keçirilən oyunu üçün səfər etməmişdi. Ötən il isə "Arsenal” 30 yaşlı yarımmüdafiəçini "Qarabağ”la Avropa Liqasının qrup mərhələsində keçirilən oyunda Azərbaycana gətirməmişdi.
XƏBƏR LENTİ