20:03 Bazar Ertəsi, 19 Avqust 2019
İDMAN

"Arsenal" klubu Bakıya finaldan 4 gün əvvəl gələcək

16:46, 13.05.20191637

İngiltərənin "Arsenal" klubunun Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya səfər planı açıqlanıb.

"Report"un məlumatına görə, bu barədə "topçular"ın baş məşqçisi Unay Emeri açıqlama verib. İspaniyalı mütəxəssis mayın 20-də Londonda bir araya gələcəklərini bildirib. O, İngiltərə paytaxtında 3 gün hazırlıq keçdikdən sonra mayın 25-də Bakıya doğru hərəkət edəcəklərini söyləyib. Emeri Azərbaycan paytaxtında da daha 3 məşq gerçəkləşdirəcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Arsenal"ın digər rəqibi "Çelsi" olacaq. Oyun saat 23:00-da başlayacaq.

XƏBƏR LENTİ