23:13 Bazar Günü, 20 May 2018
İDMAN

“Arsenal” türk futbolçu ilə müqavilə bağladı

16:59, 31.01.2018586
“Arsenal” türk futbolçu ilə müqavilə bağladı
İngiltərənin "Arsenal” klubu daha bir sevindirici xəbər alıb.

Yayda müqaviləsi başa çatan Məsut Özillə aparılan uzun danışıqlar bəhrəsini verib.

Almaniya doğumlu türk futbolçu ilə 3,5 illik, yəni 2021-ci ilin yayınadək müqavilə bağlanılıb. BBC-nin yazdığı xəbərə görə, onunla razılaşma hələ ötən həftəsonu əldə edilib. Sadəcə olaraq, bu gün yeni müqavilə rəsmiləşdirilib.

Yeni müqaviləyə görə, Almaniya millisinin futbolçusu klubda ən çox maaş alan futbolçu olacaq. Məsut Özil həftəyə təxminən 350 min funt qazanacaq.
 
///Oxu.Az
XƏBƏR LENTİ