Artıq Azərbaycanın da öz «Safari Park»ı var - VİDEO

18 Oktyabr 2017, 13:45
AAA

Şamaxı rayonundakı "Safari Park”ın instruktoru Elşən Bəxtiyarov "Report”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- "Safari Park” tam olaraq əhalinin istifadəsinə verilibmi? Parka giriş ödənişlidir?

- Parkda mövsümlə bağlı artıq son tamamlama işləri aparılır. Yaxın günlərdə "Safari Park” tam olaraq yerli əhali və turistlərin istifadəsinə veriləcək. Təbii ki, parkın ərazisində turlar təşkil olunacaq və bu turlar ödənişli əsaslarla həyata keçiriləcək. Ümumiyyətlə, "Safari Park” ekoturizmin bir növü olaraq dünyada geniş yayılıb. İlk bu cür park isə Afrikada yaradılıb. Safari sözü səyahət, gəzinti mənasını verir.

- "Safari Park”ın işçi heyəti tam formalaşıb? İşçilər üçün əsas tələb nədir?

- "Safari park”ın işçi heyəti tam formalaşdırılıb. İşçi heyətini formalaşdırmaq üçün bir müddət əvvəl "Safari Park”ın rəhbərliyi tərəfindən vakansiya elan olunmuşdu. İşləmək üçün müraciət edənlər arasında tələblərə uyğun olanlar seçilərək işə cəlb olunub. İşə götürülərkən yerli sakinlərə daha çox üstünlük verilib. İşçilərdən tələblər təbiət haqqında bilgilərinin olmaları, yerli hava şəraiti, ərazinin relyefini öyrənib mənimsəməkdir. Bundan başqa, işçilər ünsiyyətcil olmalı, turların təşkili zamanı park və heyvanlar haqqında turistlərə məlumat verməli, turistlərin və heyvanların təhlükəsizliyini qorumalıdırlar.


Şamaxı rayonundakı "Safari Park”ın instruktoru Elşən Bəxtiyarov

- "Safari Park” Azərbaycan turizminin inkişafına nə kimi töhfələr verə biləcək?

- Ümumiyyətlə, "Safari Park” Azərbaycanda elmi əsaslarla vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə adaptasiyası məqsədi ilə yaradılıb. Biz bu məqsədimizi həyata keçirərkən ölkə ərazisində turizmin inkişafına da dəstək olacağımızı düşünürük. Bu gün dünyada belə bir ifadə var: Safari turizmi. Artıq turizmin bir növü kimi məşhurlaşan Safari turizmini inkişaf etdirmək üçün ölkəmizdə əlverişli şərait var. Təbii ki, bu turizm növünü Azərbaycanda inkişaf etdirmək ölkəyə çoxlu turistlərin cəlb edilməsi ilə nəticələnəcək. Bu da Azərbaycanda turizmin inkişafına böyük töhfə verə bilər.

- "Safari Parkı”na yaxın zamanlarda hansısa heyvanın gətirilməsi nəzərdə tutulurmu?

- Dünyada artıq bir çox heyvanların nəslinin kəsilməsi ilə bağlı həycan təbili çalınır. Bu gün əksər ölkələrdə nəsli kəsilməkdə olan heyvanların vəhşi populyasiyadan təbiətə adaptasiyası üçün qoruqlar salınır, parklar yaradılır. Bu tendensiya Azərbaycanda da həyata keçirilir. Biz mərhələli şəkildə müxtəlif heyvanları "Safari Park”a gətirmək fikrindəyik. Bu yaxınlarda isə parka Mərkəzi Avropa meşələrində və Rusiyanın Avropa hissəsinin qərbində yayılmış zubr gətiriləcək. Bu heyvan 25 ölkədə, o cümlədən ABŞ və Kanadada yetişdirilir. Bundan başqa, Rusiya Federasiyasının Okaboyu-Terras və Oka qoruqlarında yetişdirilməsi daha müvəffəqiyyətlə həyata keçirilir. Artıq Belovejskaya puşşada, Karpatda və Qafqazda vəhşi zubrların yeni sürüləri yaradılıb.


- Heyvanların təhlükəsizliyi baxımından nə kimi işlər görülür?

- Təhlükəsizlik bizim fəaliyyətimizin əsasını təşkil edən amildir. Burada heyvanları insanlardan, hava şəraitindən, digər heyvanların hücumlarından, yoluxucu xəstəliklərdən və kənar təsirlərdən qorumaq üçün xüsusi fəaliyyət planımız var. Bu gün bütün səy və bacarıqlarımızı həm də bu istiqamətə yönəltmişik. Burada əsas təhlükə heyvanların kənar təsirlər və yoluxucu xəstəliklərə tutulmasıdır. Buna görə də heyvanları qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilib. Həmçinin parkda çox sayda təbii daldalanacaqlar düzəldilib ki, bu da onların mövsümlə əlaqədar olaraq, soyuq, külək, yağıntılardan qorumaq üçündür.

- Vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə nə kimi işlər görülür?

- Burada ekoloji qoruğun yaradılması üçün yerli şəraitə uyğun olaraq mühüm işlər görülüb. Dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun çəpərlənib. Parka Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb. Hazırda parkda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var.


Oxunma sayı : 395

SON XƏBƏRLƏR
Qənirə Paşayeva Milli Məclisdə tələbələrin problemlərindən danışdı - 21 Noyabr 2017, 21:52
Sabah Bakının bir hissəsi təbii qazsız qalacaq - 21 Noyabr 2017, 20:23
İordaniyada pişiyi dövlət işinə götürdülər - 21 Noyabr 2017, 19:54
Deputatdan Elman Rüstəmova irad: “Azərbaycanda bank sistemi dağılır” - 21 Noyabr 2017, 19:51
Ən təhlükəli parollar açıqlandı - 21 Noyabr 2017, 19:28
General: “Qarabağ”-ın oyununda təhlükəsizlik təmin olunacaq - 21 Noyabr 2017, 19:06
Fədayə Laçın ev dustağı olmaq istəyir - 21 Noyabr 2017, 18:45
Dövlət müşavirləri vəzifəsi ləğv edildi – SƏRƏNCAM - 21 Noyabr 2017, 18:21
Azərbaycanda üçəm doğuldu: Mehriban, Leyla, Arzu - 21 Noyabr 2017, 17:42
Sevinc Ağasıyeva: "Bu işdən çox böyük zövq aldım" - FOTOSESSİYA - 21 Noyabr 2017, 17:38
Ərdoğan: Kim nə qədər istəyir narahat olsun, biz AES tikəcəyik - 21 Noyabr 2017, 17:23
"Banklar vətəndaşlara kömək etsin" - Siyavuş Novruzov - 21 Noyabr 2017, 17:15
Azərbaycanlı futbolçu həbs edildi - İran vətəndaşını qarət etdiyi üçün - 21 Noyabr 2017, 16:53
Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötür - 21 Noyabr 2017, 16:47
“BakuBus”ın avtobusu gənc qızı vurdu - 21 Noyabr 2017, 16:46
İqtisad Universitetinin rektoru Ədalət Muradov Təhsil Naziri olmaq istəyir - 21 Noyabr 2017, 16:32
"Xarici şok baş verməzsə, valyuta bazarında sabitlik qorunacaq" - Elman Rüstəmov - 21 Noyabr 2017, 16:27
Suraxanıda körpə meyiti aşkarlandı - 21 Noyabr 2017, 16:23
"Bəzi səfirliklər bağlansın" - Deputatdan tələb - 21 Noyabr 2017, 16:21
İDDİA! Hüseyn Abdullayev "Azərsun"a basqın edib: biznesmen döyülüb, seyfindən 180 min dollar aparılıb? - AÇIQLAMA - 21 Noyabr 2017, 16:06
"Dəmirbank"a depozit qoymaq istəyənlərin milyonları mənimsənildi - 21 Noyabr 2017, 16:02
"Mənimlə yatın, yaxşı qiymət yazım" - əxlaqsız müəllimdən təklif - 21 Noyabr 2017, 16:00
Gəncədə “Bugünkü yatırım sabaha inamdır” gənclər üçün məşğulluq layihəsi həyata keçiriləcək - 21 Noyabr 2017, 15:57
“4 dil bilir, ona görə fikrini səhv ifadə edib” - Vaqif Əsədov - 21 Noyabr 2017, 15:53
Bu filmdə İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktı təsdiqlənir - VİDEO - 21 Noyabr 2017, 15:50
Mətanətin qızının Antalyadakı toyundan - FOTOLAR + VİDEO - 21 Noyabr 2017, 15:46
“ASAN Radio” Gəncədə yayıma başladı - 21 Noyabr 2017, 15:44
Bakıda daha bir avtobusun hərəkət trayektoriyası dəyişdi - 21 Noyabr 2017, 15:40
"Çelsi" Bakıda 150 polisin mühafizəsi altında məşq edəcək - 21 Noyabr 2017, 15:32
Lənkəranda “zapravka”da yanğın - Yaralananlar var - 21 Noyabr 2017, 15:25
Azərbaycanlı məşhurlar gömrük işçilərinə qarşı: "Bu adamların tərbiyəsizliyinə nə vaxt son qoyulacaq?" - 21 Noyabr 2017, 15:04
"Əlimdə olan futbolçular məni qane edir" - Qurban Qurbanov - 21 Noyabr 2017, 14:31
Azərbaycan sərt pul siyasət yürüdəcək - 21 Noyabr 2017, 14:16
Konte: ""Qarabağ" son 2 oyunda əla çıxış edib" - 21 Noyabr 2017, 14:13
“Heydər Əliyev bizə müasir Azərbaycanı bəxş edib” - Deputat - 21 Noyabr 2017, 14:03
Sürücüləri hər gün bezdirən siğorta şirkətləri: Nömrələrimizi onlara kim satır? - 21 Noyabr 2017, 13:56
Əliyar Ağayev "Beşiktaş" - "Portu" oyununda - 21 Noyabr 2017, 13:42
Azərbaycanlı manyakdan dəhşətli etiraflar: "Adam ətindən qutab bişirib vağzalda satırdıq" - VİDEO - 21 Noyabr 2017, 13:22
“Alkoqollu içkilər və siqaretin qiyməti iki dəfə arta bilər” - Maliyyə naziri - 21 Noyabr 2017, 13:22
Sabah bəzi yerlərdə sulu qar yağacaq - 21 Noyabr 2017, 13:14
Azərbaycan dövləti Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir - 21 Noyabr 2017, 12:52
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirildi - 21 Noyabr 2017, 12:48
"Qarabağ danışıqları tezliklə başa çatmayacaq” - Lavrov - 21 Noyabr 2017, 12:36
Yasəmən Əliyeva ilə bağlı yazı təkzib edildi – “Şikayətçi” “itib” - 21 Noyabr 2017, 12:29
“Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram” - Rasim Balayev - 21 Noyabr 2017, 12:21
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10