12:29 Cümə, 15 Dekabr 2017
İDMAN

“Artıq futboldan həzz almıram” – ulduz futbolçu

22:04, 11.10.2017472
“Artıq futboldan həzz almıram” – ulduz futbolçu
Braziliya yığmasının yarımmüdafiəçisi Kaka gözlənilməz açıqlama ilə diqqət çəkib.
 
Apasport.az-ın xarici mətbuata istinadən məlumatına görə, ABŞ-ın "Orlando” klubunun formasını geyinən ulduz futbolçu karyerasını bitirmək barədə düşünür.
 
35 yaşlı hücumameyilli oyunçu buna səbəb kimi zədələrini göstərib: "Artıq futboldan həzz almıram. Hər oyundan sonra yaşadığım ciddi ağrılar vəziyyətimi pisləşdirir. Futbol oynayanda özümü yaxşı hiss etmirəm”.
 
Qeyd edək ki, Kaka bu mövsüm keçirdiyi 22 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
XƏBƏR LENTİ