16:34 Cümə Axşamı, 15 Noyabr 2018
Maqazin

"Arvaddan qorxmayan kişi kişi deyil" - Kərim

13:17, 07.11.20182966
"Arvaddan qorxmayan kişi kişi deyil. Arvad böyük qüvvədir. Onun fikirlərinə hörmətlə yanaşmaq sənin boynunun borcundur. Ailə dediyin, "mən kişiyəm, sözüm keçməlidir" anlamında deyil. Hər şey həyatda qarşılıqlı olmalıdır".

AZXEBER.COM-un məlumatına görə, bu sözləri müğənni Kərim Abbasov "Şou məkan" verilişinə açıqlamasında deyib. Xanımının qısqanclığından danışan ifaçı bildirib ki, kişinin qadından qorxması normal haldır:

"Çərçivəni çıxacaq nələrsə olmaz. Yeni klipim çəkilir, orada bir az açıqlıq olacaq. Onun icazəsini almışam. Çox da açıq səhnə eləmək olmur. Sıxılırsan ki, insanlar, qohumlar nə deyəcək. Oğlumun, ailəmin, ata-anamın başını aşağı salacaq heç nə etmərəm. Bizim uşaqlar böyüyəndə açıq səhnələr dəbdə olmayacaq. 

Deyim, arvaddan qorxmuram, deyəcəklər ağzına gələni danışır. Desəm, arvaddan qorxuram, deyəcəklər necə kişisən, arvaddan qorxursan. Məndə qorxu yox, hörmət var".
 

XƏBƏR LENTİ