11:49 şənbə, 26 May 2018
DÜNYA

"Arvadım qumar oynayıb, 4 milyon uduzub" - aldanmış ər şikayətləndi

11:58, 02.04.20183217
"Arvadımın bu əməli məni heyrətləndirib. Şok vəziyyətindəyəm. Axı məni niyə belə aldatdı?! Axı mən onu sevirdim?!"

İnformasiya texnologiyaları sahəsində çalışan Kristofer Forte belə deyir.

AZXEBER.COM Milli.Az-a istinadən bildirir ki, 36 yaşlı K.Fortenin dediyinə görə, 38 yaşlı xanımı Culiana Posman üst-üstə 4 milyon dollar borcdadır. Səbəb qadının ərindən gizli olaraq qumar oynaması və uduzmasıdır.

Kristoferin dediyinə görə, onların ikisi də İngiltərənin Surrey qraflığındakı Ekham şəhərində bir şirkətdə çalışanda tanış olublar.

Əslən İndoneziyadan olan Culiana Posman o zaman Kristoferə demişdi ki, Almaniyadakı fond birjalarında, DAC indeksində adı keçən şirkətlərin səhmləri ilə əməliyyatlar edərək pul qazanır.

"Mənə dedi ki, gündə ən azı 10 min funt-sterlinq qazanır. Ağıllı, istedadlı biznesmen olduğunu düşünürdüm. Sonra bəlli oldu ki, illik gəliri 90 min funtmuş. Pulları da birjadan yox, qumar oynamaqla qazanıbmış", - K.Forte söyləyib.

Qumarda sürəkli uduzmağa başlayandan sonra Culiana Posman ərindən və ərinin valideynlərindən borc istəyib. Dediyinə görə, Britaniyada yaşama izni almaq üçün 2,5 milyon funta ehtiyacı varmış.

Kristofer arvadına 94 min, onun valideynləri isə 114 min funt-sterlinq verib.

Az sonra bəlli olub ki, iş adamları Ayzek Kay və Uorren Royterdən də C.Posman toplam olaraq 2,5 milyon funt-sterlinq borc alıbmış.

Kristofer Forte onu aldatdığına görə arvadını boşamağa hazırlaşır. C.Posmanın borclarının məbləği isə 4 milyon dolları keçib.

XƏBƏR LENTİ