07:21 Bazar Günü, 18 Fevral 2018
Maqazin

“Arvadımı Azərbaycana səfər etmək fikrindən daşındırdım” - Corc Kluni

01:50, 08.09.20175189
“Arvadımı Azərbaycana səfər etmək fikrindən daşındırdım” - Corc Kluni

Hollivud aktyoru Corc Kluni etiraf edib ki, öz xanımı Amal Klunini Azərbaycana səfər etmək fikrindən daşındırıb.

Məşhur aktyorun bununla bağlı fikirlərini "The Hollywood Reporter” yayıb.

Xatırladaq ki, məşhur Britaniya vəkili Amal Kluni vaxtilə Avropa Məhkəməsində "ermənilərin soyqırımı”nın inkarında ittiham edilmiş Perinçekin işi üzrə prosesdə ermənilərin maraqlarını təmsil edirdi. A.Kluni həmin prosesi uduzub.

"Necə oldusa, Amalla razılaşdıq ki, özümüzü təhlükəli vəziyyətlərə atmağa imkan verməyəcəyik. Bu o vaxt idi ki, Amal Maldiv adalarında idi və sabiq prezident Məhəmməd Naşedin həbsxanadan azad olunmasına nail olmağa çalışırdı. O nəhayət, Maldiv adalarını tərk edəndə Azərbaycana getmək istəyirdi, orada onun daha bir müştərisi var idi”, - deyə Corc Kluni bildirib.

Hollivud aktyoru etiraf edib ki, öz arvadını Azərbaycana səfər fikrindən daşındırmaq üçün onunla sövdələşməyə getməyə məcbur olub: "Mən ona müqaviləmizi xatırlatdım. Mən Cənubi Sudana səfərimi ləğv etməyə razılaşdım, o da Azərbaycana səfərdən imtina etməli oldu”. (virtualaz.org)

0
XƏBƏR LENTİ