04:07 Bazar Ertəsi, 25 Iyun 2018
SOSİAL

Arvadını və qaynanasını öldürən şəxs təslim oldu - Göygöldə dəhşət

12:30, 18.08.2017632
Arvadını və qaynanasını öldürən şəxs təslim oldu - Göygöldə dəhşət
Daxili İşlər Nazirliyi Göygöldə törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.
 
AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 17-də Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində arvadı Günelə və qayınanası Höküməyə bıçaqla xəsarət yetirib. Sonra o, könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə gələrək istintaqa təslim olub.
 
Günel hadisə yerində, Hökümə isə xəstəxanaya aparılarkən yolda ölüb.
XƏBƏR LENTİ