Arzu Əliyevanın filminin Londonda nümayişi baş tutub

18 Oktyabr 2017, 13:16
AAA

Londonda Böyük Britaniya Parlamentinin Lordlar Palatasında "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filmin nümayişi keçirilib. Filmin nümayişi Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menzis tərəfindən, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə TEAS-dan məlumat verilib.

Rəqəmsal qaydada bərpa olunan və rənglədilmiş arxiv görüntülərinin istifadə edildiyi filmdə Sovet ordusunun sıralarında faşizmə qarşı döyüşən və arxa cəbhədə qələbə üçün var gücü ilə çalışan azərbaycanlıların igidliyi barədə bəhs edilir. Filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda, bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. Qeyd edək ki, İkinci Dünya savaşının döyüş meydanlarında 300 minə yaxın azərbaycanlı qəhrəmancasına həlak olub. 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib. "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" adlanan bu yeni sənədli film 2015-ci ildə Louis Vaudeville tərəfindən Robert Mugnerotun rejissorluğu ilə Bakı Media Mərkəzi ilə əməkdaşlıq şəraitində və Heydər Əliyev Fondunun dəstəyi ilə "CC&C Productions" şirkəti üçün çəkilib. Layihənin rəhbəri Arzu Əliyevadır.

Ən az tanınan arxiv görüntülərindən olan bir epizodda Adolf Hitlerin Nasist iyerarxiyasının müxtəlif üzvləri əhatəsində Xəzər dənizi ətrafı formasında bir tort yediyini göstərir və burada üzərində svastika olan şokoladlı kremlə B-A-K-U sözü yazılıb. Tortu yedikdən sonra Hitler deyir: "Biz Bakı neftini ələ keçirə bilməsək hər şeyi itirəcəyik." Bu sadəcə şişirtmə deyildi - Bakının neft yataqları bütün Sovet ehtiyyatlarının 80 faizini təşkil edirdi. Bu, Qızıl Ordunun uğuru üçün əsas idi. Bakının işğalı 26 sentyabr 1942-ci il tarixinə təyin edilmişdi.

Böyük Britaniya parlamentinin üzvü M.Menzis tədbir iştirakçıları qarşısında çıxış edərkən bildirib ki, "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filmində İkinci Dünya müharibəsinin həmin o mühüm illərində Azərbaycanın rolundan bəhs edilir. Nasist Almaniyası Bakının neft yataqlarını ələ keçirmək üçün baha başa gələn səylər göstərdi. Bir çox azərbaycanlıların igidliyi nəticəsində nasistlərin son hədəfə çatmasının qarşısı alındı. Əgər onlar buna nail olsaydı, müharibənin gedişatı fərqli istiqamət ala və daha uzun sürə bilərdi. Tarixi hadisələrin dəqiq göstərilməsi vacibdir və filmdə buna nail olunub.

"Böyük Britaniyada - Avropanın əksər hissəsində olduğu kimi - Şərqdə gedən müharibənin detalları çox vaxt nəzərdən qaçır. Bu film Azərbaycan və onun vətəndaşlarının oynadığı mühüm rolu müəyyən dərəcədə izah edir. Mən, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini olaraq, bu filmi nümayiş etdirməyimə çox şadam. Bu qrup Böyük Britaniya və Azərbaycan arasındakı əlaqələri daha da inkişaf etdirmək üçün çalışır" - deyə, M.Menzis vurğulayıb.

Tamamilə arxiv xronikalarından ibarət olan bu film, Bakının mexanikiləşdirilmiş neft çıxarma yurdu olmasının vurğulanması və şəhərin dəblə geyinmiş insanlarla dolu küçələri, habelə Stokholm, Paris, Moskva və Varşavanı xatırladan binaları ilə Qafqazın Parisi kimi təsvir edilməsi izləyicilər üçün gözlənilməz açıqlama olub.

Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin çəkilişləri 14 ay davam edib. Film üzərində çalışmalar zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb. Filmdə müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bu günədək nümayiş olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir.

Film Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub. Filmin ilk premyerası 2015-ci ilin may ayında Bakıda keçirilib. Film "RMC Découverte" və "National Geographic" kanallarında nümayiş etdirilib.

Londondakı tədbirdən əvvəl bu ilin may ayında Parisdə "Musée de l'Armée" Ordu Muzeyində filmin Avropa premyerası keçirilib.


Oxunma sayı : 441

SON XƏBƏRLƏR
Qənirə Paşayeva Milli Məclisdə tələbələrin problemlərindən danışdı - 21 Noyabr 2017, 21:52
Sabah Bakının bir hissəsi təbii qazsız qalacaq - 21 Noyabr 2017, 20:23
İordaniyada pişiyi dövlət işinə götürdülər - 21 Noyabr 2017, 19:54
Deputatdan Elman Rüstəmova irad: “Azərbaycanda bank sistemi dağılır” - 21 Noyabr 2017, 19:51
Ən təhlükəli parollar açıqlandı - 21 Noyabr 2017, 19:28
General: “Qarabağ”-ın oyununda təhlükəsizlik təmin olunacaq - 21 Noyabr 2017, 19:06
Fədayə Laçın ev dustağı olmaq istəyir - 21 Noyabr 2017, 18:45
Dövlət müşavirləri vəzifəsi ləğv edildi – SƏRƏNCAM - 21 Noyabr 2017, 18:21
Azərbaycanda üçəm doğuldu: Mehriban, Leyla, Arzu - 21 Noyabr 2017, 17:42
Sevinc Ağasıyeva: "Bu işdən çox böyük zövq aldım" - FOTOSESSİYA - 21 Noyabr 2017, 17:38
Ərdoğan: Kim nə qədər istəyir narahat olsun, biz AES tikəcəyik - 21 Noyabr 2017, 17:23
"Banklar vətəndaşlara kömək etsin" - Siyavuş Novruzov - 21 Noyabr 2017, 17:15
Azərbaycanlı futbolçu həbs edildi - İran vətəndaşını qarət etdiyi üçün - 21 Noyabr 2017, 16:53
Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötür - 21 Noyabr 2017, 16:47
“BakuBus”ın avtobusu gənc qızı vurdu - 21 Noyabr 2017, 16:46
İqtisad Universitetinin rektoru Ədalət Muradov Təhsil Naziri olmaq istəyir - 21 Noyabr 2017, 16:32
"Xarici şok baş verməzsə, valyuta bazarında sabitlik qorunacaq" - Elman Rüstəmov - 21 Noyabr 2017, 16:27
Suraxanıda körpə meyiti aşkarlandı - 21 Noyabr 2017, 16:23
"Bəzi səfirliklər bağlansın" - Deputatdan tələb - 21 Noyabr 2017, 16:21
İDDİA! Hüseyn Abdullayev "Azərsun"a basqın edib: biznesmen döyülüb, seyfindən 180 min dollar aparılıb? - AÇIQLAMA - 21 Noyabr 2017, 16:06
"Dəmirbank"a depozit qoymaq istəyənlərin milyonları mənimsənildi - 21 Noyabr 2017, 16:02
"Mənimlə yatın, yaxşı qiymət yazım" - əxlaqsız müəllimdən təklif - 21 Noyabr 2017, 16:00
Gəncədə “Bugünkü yatırım sabaha inamdır” gənclər üçün məşğulluq layihəsi həyata keçiriləcək - 21 Noyabr 2017, 15:57
“4 dil bilir, ona görə fikrini səhv ifadə edib” - Vaqif Əsədov - 21 Noyabr 2017, 15:53
Bu filmdə İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktı təsdiqlənir - VİDEO - 21 Noyabr 2017, 15:50
Mətanətin qızının Antalyadakı toyundan - FOTOLAR + VİDEO - 21 Noyabr 2017, 15:46
“ASAN Radio” Gəncədə yayıma başladı - 21 Noyabr 2017, 15:44
Bakıda daha bir avtobusun hərəkət trayektoriyası dəyişdi - 21 Noyabr 2017, 15:40
"Çelsi" Bakıda 150 polisin mühafizəsi altında məşq edəcək - 21 Noyabr 2017, 15:32
Lənkəranda “zapravka”da yanğın - Yaralananlar var - 21 Noyabr 2017, 15:25
Azərbaycanlı məşhurlar gömrük işçilərinə qarşı: "Bu adamların tərbiyəsizliyinə nə vaxt son qoyulacaq?" - 21 Noyabr 2017, 15:04
"Əlimdə olan futbolçular məni qane edir" - Qurban Qurbanov - 21 Noyabr 2017, 14:31
Azərbaycan sərt pul siyasət yürüdəcək - 21 Noyabr 2017, 14:16
Konte: ""Qarabağ" son 2 oyunda əla çıxış edib" - 21 Noyabr 2017, 14:13
“Heydər Əliyev bizə müasir Azərbaycanı bəxş edib” - Deputat - 21 Noyabr 2017, 14:03
Sürücüləri hər gün bezdirən siğorta şirkətləri: Nömrələrimizi onlara kim satır? - 21 Noyabr 2017, 13:56
Əliyar Ağayev "Beşiktaş" - "Portu" oyununda - 21 Noyabr 2017, 13:42
Azərbaycanlı manyakdan dəhşətli etiraflar: "Adam ətindən qutab bişirib vağzalda satırdıq" - VİDEO - 21 Noyabr 2017, 13:22
“Alkoqollu içkilər və siqaretin qiyməti iki dəfə arta bilər” - Maliyyə naziri - 21 Noyabr 2017, 13:22
Sabah bəzi yerlərdə sulu qar yağacaq - 21 Noyabr 2017, 13:14
Azərbaycan dövləti Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir - 21 Noyabr 2017, 12:52
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirildi - 21 Noyabr 2017, 12:48
"Qarabağ danışıqları tezliklə başa çatmayacaq” - Lavrov - 21 Noyabr 2017, 12:36
Yasəmən Əliyeva ilə bağlı yazı təkzib edildi – “Şikayətçi” “itib” - 21 Noyabr 2017, 12:29
“Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram” - Rasim Balayev - 21 Noyabr 2017, 12:21
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10